Məhkəmə qərarları › İş №2(071)-419/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-419/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-419/2022 07.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 31.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 1.850,30 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı atası X2 adına rəsmiləşdirilmişdir. X1 29.12.2020-ci il tarixində vəfat etmişdir. 26 yanvar 2018-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1702AZ **********37 saylı qaz sayğacını açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər və sayğacı mexaniki sayğacla əvəz etmişlər. Sonradan ona qaz idarəsi tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları zədəli olması göstərilərək borcunun olması barədə xəbərdarlıq edilmişdir. O, həmin akta etiraz etmişdir. Çünki, o, və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtında ödəmişdir, buna baxmayaraq ona 1.850,30 manat borc yazılmışdır, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. O, 1250 manat ödəniş etsə də, hesabına 1.850,30 manat borc əsassız yazılmışdır. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X4 10.05.2022-ci ildə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi yaşayış evi Salyan RQİİ-nin AQİS bazasına X2 adına abonent qeydiyyatına alınmışdır. İddiaçının təbii qazdan istifadəyə görə 01.05.2022-ci il tarixə 1850,30 manat məbləğində borcu vardır. Borcun 1382,40 manat hissəsi 31.05.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın dəyəri və 567,90 manat hissəsi isə istifadə etdiyi qazın dəyərini tam ödəməməsi səbəbindən yaranmışdır. Salyan RQİİ-nin Hacıqabul XS-nin nümayəndələri tərəfindən Hacıqabul rayonu H.Həmidov küçəsində quraşdırılmış məişət qaz sayğaclarına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan qaz sayğacının işləmə mexanizmində şübhələr olduğu üçün qaz sayğacı 26.01.2018-ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında çıxarılmışdır. Qaz sayğacı İTRİ-nin Qazservisinformatika Departamentində yoxlamadan keçmişdir. Yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulmuş plombların zədəli olması, mexaniki və elektron göstəricilər arasında fərq olması barədə MSK 29/1710-0138-2 nömrəli rəy verilmişdir. İTRİ-nin Qazservisinformatika Departamentinin MSK 29/1710-0138-2 nömrəli rəyi ilə əlaqədar iddiaçıya məxsus mənzilə 31.05.2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 1382,40 manat dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı mənzildə istismarda olan qaz cihazlarının aylıq qaz sərfiyyatına uyğun olaraq aparılmışdır. Belə ki, mənzildə istismarda olan PQ3 qaz plitəsi maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddətdi 180 gün, radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, qış aylarında orta günlük iş rejimi 18 saat, hesabat müddətdi 180 gün, QSQ maksimal saatlıq qaz sərfi 2,4 m3/saat, qış aylarında orta günlük iş rejimi 8 saat, hesabat müddətdi 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 6912 m3 miqdarında (1382,40 manat) itirilmiş qazın dəyəri hesablanmışdır. Bildiririk ki, qaz sayğacı istismara yararlı vəziyyətdə iddiaçının yaşadığı mənzilə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda istehlakçının sayğacın və plombun toxunulmazlığına görə məsuliyyət daşıması qeyd olunmuş və akt istehlakçı tərəfindən imzalanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1702AZ**********37 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 26.01.2018-ci il tarixdə göstərilən qaz sayğacı, İtron tipli G-4 markalı 1702AZ**********02 nömrəli sayğac ilə əvəz edilmişdir. X9 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26.01.2018-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün quraşdırılmış İtron tipli G-4 markalı 1702AZ**********37 nömrəli elektron qaz sayğacı sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında 26.01.2018-ci ildə İtron G 4 markalı 1702AZ**********02 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. 31.05.2018-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğacın sayğacı mexaniki sayğacla əvəz etmişlər. Aktda sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plonbları zədəli olması göstərilmişdir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. İş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, İddiaçı mərhum atası X2 Cavabdehnə 1.850,30 manat məbləğində borcu yaranmışdır. Borcun 1.382,40 manat hissəsi 31.05.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın dəyəri və 567,90 manat hissəsi isə istifadə etdiyi qazın dəyərini tam ödəməməsi səbəbindən yaranmışdır. Cavabdeh tərəfindən verilmiş 31.05.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış G4 markalı 1702AZ**********37 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulmuş plombların zədəli olması, mexaniki və elektron göstəricilər arasında fərq olması aşkar edilmişdir. Beləliklə qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, qış aylarında orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 180 gün, QSQ maksimal saatlıq qaz sərfi 2 4 m3/saat, qış aylarında orta günlük iş rejimi - 8 saat, hesabat müddəti 180 gün, Radiator maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, qış aylarında orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğın ödənilməsi tələb edilmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli AZ-İİ 117314 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 29.12.2020-ci ildə vəfat etmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1702AZ**********37 nömrəli elektron qaz sayğacı 26.01.2018-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən İtron tipli G-4 markalı 1702AZ**********02 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 26.01.2018-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnamədə İddiaçı 1.382,40 manat borc yazıldığı göstərilsə də, İddiaçı iddia tələbində ona 1.850,30 manat borc yazıldığını göstərərək silinməsini xahiş etmişdir. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, 31.05.2018-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 1.382,40 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2018-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvana hesablanmış 1.382,40 manat borc istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar