Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-422/2024 18.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2022-ci il yanvar ayının 19-da faktiki nikaha daxil olmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Maraqlı şəxslə nikahlarından xx.xx.2022-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. O, nikahın pozulması, uşaqın yaşayış yerinin müəyyənləşdirilməsi, alimentin tutulması tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Maraqlı tərəf prosesdə iştirak etmiş və onlar arasında xx.xx.2023-cü il tarixdə MŞS/MT-023/2023-01081 nömrəli barışıq sazişi bağlanmışdır. Buna baxmayaraq, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdırılmış alimenti gecikdirmələr etməklə son ayı ümumiyyətlə ödəməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat əlavə olaraq bildirdi ki, Orxan Teymur barışıq sazişinin şərtlərinə əməl etmir, 4 aydır ki, sazişdə nəzərdə tutulan alimenti ödəmir. Alimenti ödəməməsini isə işləməməsi ilə əsaslandırır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün aliment ödəməyi öhdəsinə götürmüş və əvvəlki aylarda ödəniş etmişdir. Lakin, sonradan məhkəmənin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğuna görə heç kim onu işə qəbul etmir. Bu səbəbdən uzun müddətdir ki, iş tapıb işləyə bilmir və aliment borcunu ödəyə bilmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-739/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 32 saylı nikah pozulması qət edilmişdir. Mediasiya prosesində tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 valideynlərindən hansının yanında qalması və uşağın saxlanılması üçün alimentin tutulması barədə barışıq sazişi bağlandığından, məhkəmə tərəfindən nikah pozularkən alimentin tutulması məsələsi həll edilməmişdir. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Teymurov Maraqlı şəxs Aysel Adil qızı ilə nikahından doğulmuş övladları - xx.xx.2022-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti xx.xx.2023-cü il tarixdən başlayaraq Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağın saxlanılması üçün hər ay 100 manat ödənilməli olan sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən vaxtı-vaxtında ödənilmir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın sonunadək 100 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01081 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinə əsasən xx.xx.2022-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay 100 manat (yüz) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilməli, alimentin ödənilmə müddətinin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(071)-422/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-422/2024
18.03.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver