Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-430/2022 07.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 01.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 172,80 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi birlikdə Hacıqabul şəhəri H.Həmidov küçəsindəki 207 (abonent bazasında H.Həmidov küçəsi 67 kimi qeyd edilib) nömrəli fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi fərdi yaşayış evinin qaz təminatı üçün quraşdırılmış qaz savğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan uzun istifadə haqqını bildiriş əsasında ödəyir. 01.01.2021-ci il tarixdə Cavabdeh Salyan X3 İdarəsinin Hacıqabul Xidmət sahəsinin işçiləri tərəfindən onun evinə quraşdırılmış smart tipli elektron sayğac açılaraq, yeni mexaniki qaz sayğacı quraşdırılmışdır. 28.02.2022-cı il tarixdə Cavabdeh əməkdaşları tərəfindən ona “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” (№-0323038) akt təqdim edilmişdir. Aktı təqdim edərkən o, aktın məzmunu ilə tanış olduqdan sonra aktı imzalamaqdan imtina etmişdir. Belə ki, həmin nöqsanı vaxtında o, özü aşkar edərək, Salyan RQİİ-nin Hacıqabul XS-nə bu barədə ərizə ilə müraciət etmişdir. Lakin buna baxmayaraq abonent kimi onun adına cərimə yazılmışdır ki, bunu da sonradan növbəti bildiriş üzrə ödəniş etmək istəyərkən ödəmə məntəqəsində ümumilikdə 262 manat debitor borc olduğunu aşkar etmişdir. Həmin məsələ ilə əlaqədar yerli qaz təminatı idarəsinə müraciət edərkən onların əməkdaşı qaz sayğacının əvəz edildikdən sonra verilmiş rəy əsasında aktın tərtib edildiyini izah etməyə çalışmışlar. Lakin, həmin sayğac bir müddət normal işləsə də sonradan heç bir kənar təsir olmadan istehlak edilən qazın miqdarını qeydə almamış və rəvdən də, göründüyü kimi hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izləri aşkar edilməmişdir. Bundan əlavə Hacıqabul XS-nin əməkdaşları tərəfindən qüsur aşkar edilmiş qaz sayğacını açıb əvəzləyərkən aktda "sayğac qaz sərfiyyatını qeyd elmir" sözləri yazalmışdır. Bu abonentin günahı üzündən baş verməyib. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X2 10.05.2022-ci ildə iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Salyan RQİİ-nin Hacıqabul XS-nin nümayəndələri tərəfindən Hacıqabul rayonu H.Həmidov küçəsində quraşdırılmış məişət qaz sayğaclarına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan qaz sayğacının işləmə mexanizmində şübhələr olduğu üçün qaz sayğacı 01.11.2021 -ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında çıxarılmışdır. Qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmişdir. Yoxlama zamanı qaz sayğacının keçən qaz sərfini qeydə almaması barədə MSK 29/1710-00472-1 saylı rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin MSK 29/1710-00472-1 nömrəli rəyi ilə əlaqədar iddiaçıya məxsus mənzilə 28.02.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 172,80 manat dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı mənzildə istismarda olan qaz qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat, hesabat müddətdi 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 1440 m3 miqdarında itirilmiş qazın dəyəri hesablanmışdır. Bildiririk ki, qaz sayğacı istismara yararlı vəziyyətdə iddiaçının yaşadığı mənzilə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda istehlakçının sayğacın və plombun toxunulmazlığına görə məsuliyyət daşıması qeyd olunmuş və akt istehlakçı tərəfindən imzalanmışdır. Odur ki iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin iddia ərizəsinə qarşı yazılı etirazını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 207 nömrəli fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər Zenner tipli G-4 markalı **********5 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 01.01.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmişdir. Salyan X3 İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.01.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. İddiaçı yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 207 nömrəli fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün quraşdırılmış Zenner tipli G-4 markalı **********5 nömrəli elektron qaz sayğacı sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında 01.01.2021-ci ildə Zenner G 4 markalı **********8 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. 28.02.2022-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğacın daxilində kənar təsir aşkar edilməmişdir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 28.02.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 207 nömrəli fərdi yaşayış evində quraşdırılmış Zenner tipli G-4 markalı **********5 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi və sayğacın daxilində kənar təsirin olmaması müəyyən edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən bu barədə iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Zenner tipli G-4 markalı **********5 nömrəli elektron qaz sayğacı 01.01.2021-ci il tarixdə Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmişdir., qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 01.01.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş, sayğacın daxilində kənar təsirin olmaması göstərilmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnamədə İddiaçı 144 manat borc yazıldığı göstərilsə də, iddiaçı iddia tələbində ona 172,80 manat borc yazıldığını göstərərək silinməsini xahiş etmişdir. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, 28.02.2022-ci-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 144 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 207 nömrəli fərdi yaşayış evinə hesablanmış 144 manat borc - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-430/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-430/2022
07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver