Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-432/2022 16.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 185,73 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Abdulabad kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. İstifadə etdiyi qaz sayğacının istismar müddəti bitdiyindən xx.xx.2021-ci il tarixdə qaz idarəsinin işçiləri onun evinə quraşdırılmış 1002AQ**********9 saylı qaz sayğacını açaraq özləri ilə aparmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. Onun evinə yeni qaz sayğacı quraşdırılmış və aktda növbəti dövlət yoxlaması olması göstərilmişdir. Lakin sonradan qaz idarəsinin işçiləri ona bildiriş verərək qaza sayğacına müdaxilə nəticəsində borcunun yarandığını, sayğacın klapanının sınıq olduğunu, qaz keçəmədiyinoi və yivli birləşmələrin korroziyaya uğradığını bildirərək, təbii qazdan istifadə qaydasını pozması barədə xəbərdarlıq etmişlər və bu barədə akt tərtib etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki, o, və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtıvaxtında ödəmişdir, buna baxmayaraq ona 185,73 manat borc yazılmışdır. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X1 xx.xx.2022-ci ildə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh İB tərəfindən iddiaçının yaşadığı yaşayış evinə heç bir akt yazılmamış və cərimə hesablanmamışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixdə ZENNER tipli G4T markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmış və hazırda həmin qaz sayğacı vasitəsilə qazdan istifadə olunur. İddiaçı tərəfindən 2021-ci ilin noyabr-dekabr ayları ərzində 25,08 manat məbləğində qazdan istifadə olunmuş 15,80 manat ödəniş edilmiş 9,58 manat qalıq borc qalmışdır. 2022-ci ilin yanvar ayından 15 aprel 2022-ci il tarixədək 51,12 manat məbləğində qazdan istifadə olunmuş 60 manat ödəniş edilmiş xx.xx.2022-ci il tarixə 0,40 manat qalıq borc qalmışdır. xx.xx.2022-ci il tarixə qaz sayğac göstəricisi 635 m3 təşkil edir. Qeyd olunan hesabat abonent saldosunda öz əksini tapmışdır. Qeyd olunanlar İddiaçı Cavabdeh İB-nə qarşı 185,73 manat borcun silinməsi barədə iddia tələbinin əsassız olmasını təsdiq edir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********9 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G- 4 markalı **********5 nömrəli sayğac ilə əvəz edilmişdir. X3 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Aktda smart tipli sayğacın istismar müddəti bitdiyinə görə sayğacın dəyişdirildiyi və yeni mexaniki sayğac qoyulduğu göstərilmişdir. Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən təsdiq edilmiş “DNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli MSK- 29/1710-00701-1 nömrəli aktdan müəyyən edilir ki, Cavabdeh İB-nin SOCAR**********30991710 X00701 nömrəli xx.xx.2022-ci il tarixli telefonoqrammasına əsasən xx.xx.2022-ci il tarixdə əhali sektorunda istismarda olan Salyan RQİİ Metrologiya Departamentinə gətirilmiş, aktda nömrələri qeyd olunan (o cümlədən iddiaçıya məxsus) Fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları xx.xx.2022-ci il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. X3 İstismar İdarəsi tərəfindən verilmiş bildirişdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli akta əsasən sayğaca müdaxilə rəyi gəlmişdir. Bu səbəbdən məişət tipli G-4 markalı 1002AQ**********9 nömrəli sayğacın dəyəri 185,73 manat İddiaçı tələb edilir və ödənilmədiyi təqdirdə qaz təminatının dayandırılacağı barədə xəbərdar edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********9 nömrəli elektron qaz sayğacı xx.xx.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********5 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə pul təldəb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin kənarında, yəni iddiaçının evindən kənarda küçədə quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məişət tipli G-4 markalı 1002AQ**********9 nömrəli sayğacın dəyəri kimi tələb olunan 185,73 manat borc istehlakçı İddiaçı (abunə kodu **********04110) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış 185,73 manat (yüz səksən beşş manat yetmiş üç qəpik) manat borc (dəyişdirilmiş məişət tipli G-4 markalı 1002AQ**********9 nömrəli sayğacın dəyəri istehlakçı İddiaçı (abunə kodu **********04110) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-432/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-432/2022
16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver