Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-443/2022 16.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 553,12 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi birlikdə Hacıqabul rayonu 1-ci Udulu kəndində yaşayır. Yaşadığı fərdi fərdi yaşayış evinin qaz təminatı üçün quraşdırılmış qaz savğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan uzun istifadə haqqını bildiriş əsasında ödəyir. xx.xx.2021-ci il tarixdə Cavabdeh Salyan X8 İdarəsinin Hacıqabul Xidmət sahəsinin işçiləri tərəfindən onun evinə quraşdırılmış İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron sayğac açılaraq, yeni Zenner tipli G-4 markalı **********0 nömrəli sayğac quraşdırılmışdır. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. Lakin sonradan qaz idarəsinin işçiləri tərəfindən verilən bildiriş nəticəsində ona məlum olmuşdur ki, ona təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Ona əsassız olaraq 553,12 manat cərimə hesablanmışdır. O, sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Onun təqsiri olmadan sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X6 xx.xx.2022-ci ildə iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Salyan RQİİ-nin Hacıqabul XS-nin nümayəndələri tərəfindən Hacıqabul rayonu 1-ci Udulu kəndində quraşdırılmış məişət qaz sayğaclarına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan qaz sayğacı istismar müddəti başa çatdığı üçün xx.xx.2021-ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında çıxarılmışdır. Qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmişdir. Yoxlama zamanı qaz sayğacının keçən qaz sərfini qeydə almaması barədə MSK 29/1710-04225-1 saylı rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin MSK 29/1710-04225-1 nömrəli rəyi ilə əlaqədar iddiaçıya məxsus mənzilə xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 518,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Mənzildə istismarda olan qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat, hesabat müddətdi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 4320 m3 miqdarında (518,40 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Bildiririk ki, qaz sayğacı istismara yararlı vəziyyətdə iddiaçının yaşadığı mənzilə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda istehlakçının sayğacın və plombun toxunulmazlığına görə məsuliyyət daşıması qeyd olunmuş və akt istehlakçı tərəfindən imzalanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin iddia ərizəsinə qarşı yazılı etirazını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı X2 yaşadığı Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********0 nömrəli sayğac ilə əvəz edilmişdir. Salyan X8 İdarəsinin Hacıqabul Xidmət X1 qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. İddiaçı X2 yaşadığı Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün quraşdırılmış İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron qaz sayğacı sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında xx.xx.2021-ci ildə Zenner G 4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, iddiaçı X2 yaşadığı Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğac ALARM-1 rejimindədir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, X2 yaşadığı Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi və sayğacın ALARM-1 rejimində olması müəyyən edilmişdir. Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən təsdiq edilmiş “DNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2021-ci il tarixli MSK- 29/1710-04358-1 nömrəli aktdan müəyyən edilir ki, Cavabdeh İB-nin SOCAR**********30991710 X04358 nömrəli xx.xx.2021-ci il tarixli telefonoqrammasına əsasən xx.xx.2021-ci il tarixdə əhali sektorunda istismarda olan Salyan RQİİ Metrologiya Departamentinə gətirilmiş, aktda nömrələri qeyd olunan (o cümlədən iddiaçıya məxsus) Fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları xx.xx.2021-ci il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İddiaçı X4 yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən bu barədə iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron qaz sayğacı xx.xx.2021-ci il tarixdə Zenner tipli G-4 markalı **********0 nömrəli sayğac ilə əvəz edilmişdir., qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş, sayğacın ALARM-1 rejimində olması göstərilmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnamədə iddiaçı X3 432 manat borc yazıldığı göstərilsə də, iddiaçı iddia tələbində ona 553,12 manat borc yazıldığını göstərərək silinməsini xahiş etmişdir. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 432 manat borc istehlakçı X2 (abunə kodu **********01150) hesabından silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında X2 yaşadığı Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat borc - istehlakçı X2 **********01150 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-443/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-443/2022
16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver