Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-456/2022 16.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X4, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu Abdulabad kənd sakini Cavabdeh 518,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul Xidmət Sahəsinin nümayəndələri tərəfindən Hacıqabul rayonu Abdulabad abonentlərin ünvanlarına quraşdırılmış məişət qaz sayğaclarına baxış keçirilən zaman abonent Cavabdeh ünvanına quraşdırılmış 1002AQ**********5 saylı G-4 markalı əvvəlcədən ödənişli qaz sayğacının istismar müddətinin bitdiyi müəyyən olunmuş, bu barədə 10.11,2021-ci il tarixdə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuş, qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasından keçirilməsi üçün “Azəriqaz" X1 Departamentinə göndərilmişdir. "Azəriqaz” X1 Departamentin Sayğacların müayinəsi laboratoriyası cavabdehin ünvanından istismardan çıxarılmış 1002AQ**********5 saylı, G-4 markalı əvvəlcədən ödənişli qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulan qulaqcığın qırıq olduğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olduğu, “Alarm-1” rejimi (xəta) aşkar olunduğu barədə 28.02.2022-ci il tarixli, MSK 29/1710- 00701-1 saylı rəy vermişdir. Salyan RQİİ-nin nümayəndələri tərəfindən “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının rəyinə əsasən cavabdehə məxsus fərdi yaşayış evinə 28.02.2022-ci il tarixdə “Təbii X3nın pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 518,40 manat dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı ARDNŞ-nin Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın 2 saylı əlavəsinə əsasən aparılmışdır. Belə ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 4320 m3 miqdarında (518,40 manat) itirilmiş qazın dəyəri hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiasını onunla əsaslandırmışdır ki, istismar müddətinin bitməsinə görə ******* saylı 10.11.2021-ci il tarixli akt tərtib edilərəki yaşadığı ünvanda quraşdırılmış 1002AQ**********5 saylı G-4 markalı qaz sayğacında, İddiaçı X1 Departamentinin Sayğacların müayinəsi laborotoriyasının rəyinə əsasən guya həmin sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, yivli birləşmələrin korroziyaya uğradığı ,qayka plombu üçün nəzərdə tutulan qulaqcığın qırıq olduğu, örtüyün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olduğu, ”Alarm-1” rejimi (xəta) aşkar olunduğu bildiriliş və bu səbəbdən də ona istifadə etdiyi təbii qaza görə 518,40 debet borc hesablanmışdır. O. İddianı əsassız hesab edir və göstərir ki, loborotoriya rəyində sayğacın qayka plombu üçün nəzərdə tutulan qulaqcığın qırıq olduğu, örtüyün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olduğu, “Alarm-1” rejimi (xəta) aşkar olunduğu qeyd edilmişdir. Bu qüsurlar vizual görünüşdə məlum olan məsələlər olmasına baxmayaraq Mənim yaşadığım ünvana quraşdırılmış 1002AQ**********5 saylı G-4 markalı əvvəlcədən ödənişli qaz sayğacı açılarkən tərtib edilən ******* saylı 10.11.2021-ci il tarixli Aktda bunların heç biri qeyd edilməmişdir. Mübahisəli məsələyə rəyi verən qurum İddiaçı X1 Departamentinin Sayğacların müayinəsi laborotoriyası iddiaçının birbaşa öz tabeçiliyində olduğundan verdiyi rəy iddianın əsası kimi qəbul edilməsi (istinad sənədi kimi) qanunla yolverilməzdir. Sayğac qanunvericiliyə və təlimatlara uyğun vaxtaşırı iddiaçı tərəfindən müayinə edilməmişdir. O, məsələ ilə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciət göndərmişdir. Onun müraciətinə baxılmış və hazırkı iddianın, yəni onun borcunun olması barədə iddiaçının gəldiyi nəticənin əsassız olduğu Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialı tərəfindən iddiaçıya bildirilsə də, iddiaçı işin məhkəmədə olması kimi cavab verməklə kifayətlənmişdir. “X3”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.5 - ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1002AQ**********5 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 10.11.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. X6 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.11.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. 28.02.2022-ci il tarixli ******* nömrəli təbii X3nın pozulması barədə aktda göstərilmişdir ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. İddiaçı tərəfindən verilmiş 28.02.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların labaratoriyasının 28.02.2022-ci il tarixli MSK 29/1710-00701-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, yivli birləşmələr korroziyaya uğrayıb, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və sayğacın hesablama mexanizminin üzərinə vurulan plomblərın rəngi qoruyucu örtüyün rəngindən fərqlənir. Sayğacın yaddaş arxivi oxundu və ALARM-1 rejimi aşkar olundu. 20.04.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən edilir ki, Cavabdeh 445,40 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş 30.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların labaratoriyasının 28.02.2022-ci il tarixli MSK 29/1710-04225-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Cavabdeh yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi cavabdehin hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********5 nömrəli elektron qaz sayğacı 10.11.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********3 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 10.11.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Hacıqabul rayonu Abdulabad kənd sakini Cavabdeh 518,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-456/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-456/2022
16.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver