Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-467/2022 11.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 29.12.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 İstismar İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* saylı aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 457 manat debitor borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(071)-827/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı 24.01.2022-ci il tarixdə şikayət verərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(071)-827/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(071)-827/2021 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Hacıqabul rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(071)-827/2021 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2(106)-734/2022 nömrəli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(071)-827/2021 nömrəli qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün mülki iş Hacıqabul rayon Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbini - X3 İstismar İdarəsinə qarşı irəli sürmüşdür, lakin X3 İstismar İdarəsi hüquqi şəxs deyildir və məhkəmədə müstəqil tərəf kimi çıxış edə bilməz. X3 İstismar İdarəsinə qarşı olan iddia tələbləri hüquqi şəxs olan - Cavabdehnə qarşı verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hazırkı iddia ərizəsi Cavabdehnə qarşı verilməli olduğu halda, X3 İstismar İdarəsinə qarşı verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə Cavabdeh rəsmi ünvanı üzrə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 152, 152.1, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-467/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-467/2022
11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver