Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-469/2022 20.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X4, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, JN-281 KOD-91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və **********97 reyestr nömrəli və **********99 reyestr nömrəli çıxarışlarda səhvən qeyd olunmuş X1 adının Cavid, X2 adının Afət, X3 adının Fərəc kimi oxunması və həmin dövlət aktının və çıxarışların onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs kimi qeyd etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-469/2022 nömrəli qərardadı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Ərizəçi1 xx.xx.2022-ci il tarixdə şikayət verərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-469/2022 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-469/2022 nömrəli qərardadı ilə Ərizəçi1 iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-469/2022 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1364/2022 nömrəli qərardadı ilə Ərizəçi1 şikayəti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-469/2022 nömrəli qərardadı ləğv edilmiş, ərizə icraata qəbul edilmiş hesab edilmiş və mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan sonra Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-469/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-469/2022
20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver