Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-472/2022 21.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 155,71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixə 155,71 manat borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi 11,71 manat təbii qazın dəyərinin və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesablanmış 144 manat dəymiş ziyanın ödənilməməsi olmuşdur. İddiaçı Salyan RQll-si tərəfindən 155,71 manat borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİl-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsi iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi, işə mahiyyəti üzrə baxılmasını tələb etdi və izahatında bildirdi ki, o, istifadə etdiyi təbii qazın dəyərini İddiaçınə ödəmişdir. Hazırda onun abunə hesabında İddiaçınə 142 manat borcu olması göstərilir. Həmin borc ona xx.xx.2021-ci il tarixli ******* saylı qeyri-qanuni tərtib edilmiş akt əsasında yazılmışdır. xx.xx.2021-ci il tarizli ******* saylı aktda sayğacın keçən qazın həcmini qeyd etmədiyi göstərlmiş və ona təbii qazdan istifadə qaydasını pozması barədə xəbərdarlıq edilmişdir. O, aktı imzalamamışdır. Çünki, o, və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sayğacdan keçən qazın həcminin qeyd edilibedilməməsinə görə onun heç bir məsuliyyyəti yoxdur. Buna baxmayaraq ona əsassız olaraq 144 manat cərimə hesablanmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh yaşadığı Hacıqabul şəhəri C.Cabbarlı küçəsi ev 37-də yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1002AQ**********5 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 **********6 nömrəli sayğac ilə əvəz edilmişdir. X3 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilmişdir ki, Cavabdeh yaşadığı Hacıqabul şəhəri C.Cabbarlı küçəsi ev 37-də yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2021-ci il tarixli MSK 29/1710-03576-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğacda ALARM-1 rejimi aşkar olunmamışdır. Cavabdeh yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi cavabdehin hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********5 nömrəli elektron qaz sayğacı xx.xx.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********6 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında cavabdehə hər hansı borc yazılmamışdır. ASAN ödəniş sistemindən çıxarışdan müəyyən edilir ki, İddiaçı İB tərəfindən Cavabdeh **********00000 nömrəli abunə hesabında 142,75 manat borc yazılmışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, cavabdehdən dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni cavabdehin evindən kənarda quraşdırıldığına görə cavabdeh qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Hacıqabul şəhəri C.Cabbarlı küçəsi ev 37-də yaşayan Cavabdeh (abunə kodu **********00000) 155,71 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-472/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-472/2022
21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver