Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-475/2022 05.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı X1 iştirak ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 248744 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış cərimənin onun **********00091 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu 1-ci Paşalı kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin evə “Azərişıq" ASC tərəfindən işıq xətti çəkilərək, sayğac atası X4 adına rəsmiləşdirilmişdir. X7 2018ci ildə vəfat etmişdir. O, Hacıqabul rayonu 1-ci Paşalı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacdan uzun müddətdir ki, istifadə edir və elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu vaxtında ödəyir. Bu günə qədər onun “Azərişıq" ASC-yə borcu olmamışdır. Buna baxmayaraq 09 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona zəng vurub borcunun olmasını bildirmişlər. O, 11 aprel 2022-ci il tarixdə Hacıqabul rayon İşıq İdarəsinə getmiş və orada ona 03 aprel 2022-ci il tarixli 248744 saylı AKT vermişlər. Aktda: “sayğaca baxış zamanı əlavə tok xətti vasitəsilə sayğacın sxemdən kənarlaşdırıldığı aşkar olunması” yazılmışdır. O, bu vaxta qədər elektrik enerjisindən qanuna uyğun formada istifadə etməsinə baxmayaraq, işıq idarəsinin işçiləri onun işığa 910,21 manat borcu olmasına dair əsassız akt tərtib etmişlər. Bu aktı qanunsuz hesab edir, sayğaca müdaxilə etməmişdir, sayğacdan kənar müdaxilə ümumiyyətlə ona məxsus deyildir, həmin aktda onun imzası belə yoxdur. Hazırda işıq xətti açıldığı üçün o, işıqdan işıqdan istifadə edə bilmir. Ona görə də, aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları İ.Xankişiyev, R.Qarayev və A.Bədəlov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R248744 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları İ.Xankişiyev, R.Qarayev və A.Bədəlov iddiaçı X2 məxsus (**********00091 nömrəli abunə kodu) Hacıqabul rayonu 1-ci Paşalı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi aşkar edilmişdir. Kənar xətt ləğv edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları imzalamışlar. Abunəçinin və ya nümayəndəsinin, hal şahidldərinin iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Hacıqabul Elektrik şəbəkəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 073 saylı xəbərdarlıqdan müəyyən edilir ki, X2 910,21 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 248744 nömrəli akt tərtib edilərkən iddiaçı X2 məxsus (**********00091 nömrəli abunə kodu) Hacıqabul rayonu 1-ci Paşalı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı həmin evə quraşdırılmış sayğacın sol yanından kəsildiyinin aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmiş və bu faktı təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X2 məxsus Hacıqabul rayonu 1-ci Paşalı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 248744 nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 910,21 manat borc iddiaçı X1 **********00091 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X2 məxsus Hacıqabul rayonu 1-ci Paşalı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 248744 nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 910,21 manat borc iddiaçı X1 **********00091 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-475/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-475/2022
05.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver