Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-503/2022 03.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, ddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 144 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayon Padar qəsəbəsində yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı üzrə qazın dəyərini vaxtı-vaxtında ödəyir. İstifadə etdiyi qaz sayğacının istismar müddəti bitdiyindən xx.xx.2021-ci il tarixdə qaz idarəsinin işçiləri tərəfindən 1202AQ********** saylı qaz sayğacını açaraq özləri ilə aparmış və qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmiş və onun evinə yeni qaz sayğacı quraşdırılaraq, aktda növbəti dövlət yoxlamasının olması göstərilmişdir. Lakin sonradan qaz idarəsinin işçiləri onların evinə gələrək ona sayğacın keçən qazın həcmini qeyd etmədiyini bildirərək təbii qazdan istifadə qaydasını pozması barədə xəbərdarlıq edərək bu barədə ******* nömrəli akt tərtib etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki, o, və ailə üzvləri sayğaca müdaxilə etməmiş, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir, buna baxmayaraq ona 144 manat borc yazılmışdır, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmiş, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh təşkilat Cavabdehnə məhkəmə bildirişi göndərilsə də, cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1202AQ********** nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 **********8 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. 0323893 nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2021-ci il tarixli MSK 29/1710- 04225-1 nömrəli rəyinə əsasən G4 markalı 1202AQ********** nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (4 x 12 x 30=1440 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1202AQ********** nömrəli elektron qaz sayğacı xx.xx.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə 144 manat pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 144 manat borc istehlakçı İddiaçı (abunə kodu **********01820) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid hesablanmış 144 manat borc - istehlakçı İddiaçı **********01820 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(071)-503/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-503/2022
03.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver