Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-535/2025 24.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 İB-yə və Cavabdeh1nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 İB-yə və Cavabdeh1nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, “Azəriqaz" İB-nin Salyan RQİİ-nin Hacıqabul XŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Komissiyanın qərarının ləğv edilməsi, həmin akta əsasən hesablanmış cərimə məbləğinin **********000010 abonent kodlu hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanına qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü ildə Cavabdeh2 İB-nin Salyan RQİİ-nin Hacıqabul XŞ-nin əməkdaşları S.Babayev, G.Əliyev və E.Mehbalıyev tərəfindən ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, “..SOCAR Cavabdeh2 İB-nin qaz sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli MSK14-2-2/3-5-5251/Q003 saylı aktına əsasən sayğac minimal sərfiyyatda keçən qazı qeyd etmir. Xətalar normadan artıqdır. İtirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin.” Daha sonra, xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsinin qərara alınmışdır. Komissiyanın qərarına əsasən **********000010 abonent kodlu sayğacda qanunsuz istifadə edənin qeydə alınması və buna əsasən cərimə hesablanılması qərar alınmışdır. Həmin Komissiyanın qərarını əsassız və qanunsuz hesab edir. Odur ki, “Azəriqaz" İB-nin Salyan RQİİ-nin Hacıqabul XŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Komissiyanın qərarının ləğv edilməsi, həmin akta əsasən hesablanmış cərimə məbləğinin **********000010 abonent kodlu hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, iddia tələbinə yalnız əsassız hesablanmış 151,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun yaşadığı evə quraşdırılmış qaz sayğacı yaşayış sahəsindən çöldə yerləşir və o sayğaca heç bir müdaxilə etməmişdir. Akta əsasən 172.80 manatborc hesablansa da, həmin borcdan 20 manat ödəniş edir, hazırda qalıq qalan borcun silinməsini tələb edir. Odur ki, ona əsassız olaraq hesablanmış borcdan qalıq qalan 151,80 manat məbləğdə borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı abonent hesabına hesablanmış borcun məbləği hazırda 151,80 manat təşkil edir, baxmayaraq ki, akta əsasən 172.80 manat hesablanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar akt tərtib olunmuş, o, tərtib edilən aktda İddiaçı tərəfindən sayğaca hər hansı formada müdaxilə olunması ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, SOCAR Cavabdeh2 İB-nin qaz sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli MSK14-2-2/3- 5-5251/Q003 saylı akta əsasən sayğac minimal sərfiyyatda keçən qazı qeyd etmir. Xətalar normadan artıqdır. İtirilmiş təbbi qazın dəyəri hesablanması və ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh2 X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-5251/Q003 nömrəli rəyinə əsasən G-4 markalı, 1102AQ**********0 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejminin aşkar olunmamışdır. Xətaların normadan artıq olması aşkar edilmişdir. Həmçinin sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Eyni zamanda kamera ilə sayğacın daxilinə baxış keçirilərək kənar təsir izləri aşkar edilməmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən mənzilə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2025-ci ilin aprel ayında akt üzrə 172,80 manat borc hesablanmış, həmin borcdan 20 manat ödəniş edildiyindən hazırda mövcud qalıq borc 151,80 manat təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının yaşadığı mənzil üzrə abonentin hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Hazırda hesablanmış borcdan ödəniş edildiyindən, qalıq borc 151.80 manat təşkil edir və iddiaçı yalnız qalıq qalan borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 1 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, Cavabdeh2 tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə hesablanmış 151,80 (yüz əlli bir manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə hesablanmış 151,80 (yüz əlli bir manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdeh2 İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-535/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-535/2025
24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver