Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-555/2023 03.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı mərhum atası X2 adına rəsmiləşdirilib və atası xx.xx.2012-ci il tarixdə rəhmətə getmişdir. Xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, verilmiş bildirişlərə əsasən qazın dəyərini ödəyir. xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB Hacıqabul Xidmət Sahəsi üzrə əməkdaşları onun yaşadığı ünvana gələrək qaz təminatı məqsədilə quraşdırılmış İtron tipli G-4 markalı **********8 saylı qaz sayğacını açaraq özləri ilə aparıb və qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt ******* nömrəli tərtib edərək həmin akt əsasında digər qaz sayğacı ilə əvəzlənərək "dövlət yoxlaması"na göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə onun evinə gələrək xəbərdarlıq ediblər ki, aktın dövlət yoxlaması zamanı müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə alınmır, sayğac istismara yararsız olduğu üçün siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və burada da ******* saylı akt tərtib ediblər. O bu aktı imzalamaqdan imtina edib. Onu da qeyd edir ki, ona əsassız olaraq cərimə yazılmışdır. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təbii qazdan istifadəyə görə müqaviləni cavabdehlə mərhum atası X3 bağlamışdır. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qaz sayğacının quraşdırıldığı evdə o yaşamış və təbii qazdan istifadəyə görə ödənişləri vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları gələrək onların sayğacını yenisi ilə əvəz etmişlər. Sayğac çıxarılan zaman ona hər hansı irad bildirilməmişdir, tərtib edilmiş aktda sayğaca müdaxilə olunması qeyd edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, çıxarılmış sayğaca görə onun yaşadığı ev üzrə abonent hesabına 1555,20 manat borc hesablanmışdır. Halbuki, nə o nə də ailə üzvlərindən kimsə saycağa hər hansı müdaxilə etməmişlər. Hesab edir ki, hesablanmış borc məbləği əsassızdır. Odur ki, iddianın təmin edilməsi, mərhum atasının adına olan abonent hesabına hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə (abonentin saldosu, tələbnamə, aktlar) müəyyən olunur ki, Hacıqabul rayonu, Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evini qaz ilə təmin etmək üçün “Azəriqaz” İB ilə istehlakçı X3 arasında müqavilə bağlanmışdır. (istehlakçının abonent kodu – **********00000) İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda (abonent X3) quraşdırılmış Zenner tipli G4 markalı **********8 nömrəli qaz sayğacı yeni Zenner tipli, G4 markalı **********560 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi abonentin borcu olduğu göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Zenner tipli G4 markalı **********8 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçmir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-298- 1 nömrəli rəyinə əsasən Zenner markalı **********8 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövədən tamamilə aralanıb, qaz keçmir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Sayğacın göstəricisi 12960 m3 olmuşdur. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, həmin ünvan üzrə abonent hesabına 2023-ci ilin mart ayı üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə iddiaçının atası Əliağa Abasov ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçının atası xx.xx.2012-ci il tarixdə öldükdən sonra həmin ünvanda iddiaçı ailə üzvləri ilə birlikdə yaşamağa və cavabdeh ilə təbii qazdan istifadəyə görə münasibətləri davam etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadə görə mərhum atasının abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Qaz sayğacı dəyişdirilərkən tərtib edilmiş aktda sayğacın dəyişdirilmə səbəbi kimi abonentin borcunun olduğu qeyd edilmiş, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonentin hesabına (abonent kodu: **********00000) xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat, iyirmi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-555/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-555/2023
03.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver