Məhkəmə qərarları › İş №2(071)-557/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-557/2024

10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-557/2024 10.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Qarasu kəndində yaşayır. Yaşadığı evə qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, xx.xx.2023-cü il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1002AQ**********6 saylı qaz sayğacını açaraq, sayğaca baxış keçirmişlər. Eyni zamanda qaz sayğacının açılması və yoxlanılması haqqında akt tərtib ediblər. Daha sonra, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejminin aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu barədə xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamə ona təqdim edilmişdir. İddia ərizəsində həmçinin bildirilmişdir ki, sayğacın istismar müddəti 10 ildir və quraşdırıldığı gündən fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq itirilmiş qazın bərpası məqsədi ilə 1440 m3 həcmində, yəni 172,80 manat məbləğində borc hesablamışlar. Hesab edir ki, yazılmış cərimə əsassızdır. O, təbii qazdan istifadəyə görə vaxtlı vaxtında ödənişləri etmişdir. Onun təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, ******* saylı akt əsasında ona əsassız hesablanmış 172,80 manat borc məbləğindən hazıradək ondan tutulmuş olan 3,46 manat məbləğin geri qaytarılması və qalıq qalan 162,30 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı adına qeydə alınmış İtron G4 markalı 1002AQ**********6 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********999 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1002AQ**********6 nömrəli sayğac yivli birləşmələrlə korroziyaya uğrayıb. Həmçinin aktda sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yivli birləşmələr deformasiya və korroziyaya uğraması qeyd edilmişdir. Hesablama mexanizminin sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejminin aşkar olunmadığı və sayğac istismara yararsız olduğu göstərilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi aktla müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-299 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********6 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın yivli birləşmələr deformasiya və korroziyaya uğrayıb. Hesablama mexanizminin sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejminin aşkar olunmadığı və sayğac istismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı adına olan yaşadığı Hacıqabul rayonu Qarasu kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonentin hesabına 2023-cü ilin avqust ayı üçün aktlar üzrə 172,80 manat borc hesablanmışdır. İş materiallarında olan Qarasu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hüseynov X2 rayonunun Qarasu kəndində yaşayır. Məhkəmənin sorğusuna əsasən Salyan RQİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli 043056 nömrəli akt əsasında hesablanmış 172,80 manat borcdan 2023-cü ilin avqust ayında 3,46 manat tutulmuş, 169,3 manat borc qalmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Qeyd edilməlidir ki, iddiaçı akt əsasında onun abonent hesabına 172,80 manat borc hesablansa da, abonentin soldosundan və cavabdehin məktubundan məlum olur ki, akt əsasında onun abonent hesabından 3,36 manat tutulmuş və hazırda cəmi 169,34 manat borc qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 7 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc əsassız hesab olunmalı, təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə hesablanmış borcdan qalıq qalan 169,34 (yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində borc silinməli, ******* saylı akt əsasında İddiaçı tutulmuş 3,46 (üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Hacıqabul rayonu, Qarasu kəndindəki mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə hesablanmış 169,34 (yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində borc silinsin, ******* saylı akt əsasında İddiaçı tutulmuş 3,46 (üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz manat) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar