Məhkəmə qərarları › İş №2(071)-558/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-558/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-558/2021 26.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 15.12.2020-ci il tarixli 124/2019(T-2019-2020) nömrəli müqaviləyə əsasən İddiaçı MMC-də təhsil alan X1 təhsil haqqı kimi 2019-2020 və 2020-2021 tədris ili üçün ödənilməli olan 6.500 manat təhsil haqqından - 2019- 2020 tədris ili üzrə yaranmış 700 manat təhsil haqqı borcu, 2020-2021 tədris ili üzrə yaranmış 3.000 manat təhsil haqqı borcu və hesablanmış 1.621 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.351 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 15.12.2020-ci il tarixli 124/2019(T-2019-2020) nömrəli müqaviləyə əsasən İddiaçı MMC-də təhsil alan X1 təhsil haqqı kimi 2019-2020 və 2020-2021 tədris ili üçün ödənilməli olan 6.500 manat təhsil haqqından - 2019-2020 tədris ili üzrə yaranmış 700 manat təhsil haqqı borcu, 2020-2021 tədris ili üzrə yaranmış 3.000 manat təhsil haqqı borcunu X1 valideyni Cavabdeh İddiaçı MMC-yə vaxtında ödəməmişdir. Bu səbəbdən müqavilənin şərtinə əsasən 1.621 manat dəbbə pulu hesablanmışdır. İddiaçı MMC öz öhdəliyini yerinə yetirmiş X2 əyani və distant olmaqla bütün dərs saatlarını keçmiş və şagirdi qiymətləndirmiş, Təhsil Nazirliyinin tərtib etdiyi elektron jurnallarda qiymət öz əksini tapmışdır. Buna baxmayaraq Cavabdeh müqavilə öhdəliyini tam yetirə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə təhsilalan X3 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış 15.12.2020-ci il tarixli 124/2019 (T2019-2020) nömrəli təhsilin təşkili haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh təhsil proqramlarının mənimsənilməsi ilə təmin etmişdir. Cavabdeh 2019-2020-ci, 2020-2021-ci təhsil illəri üçün 6500 manat təhsil haqqını təhsil verənə ödəməli olduğu halda, təhsil haqqının 2.800 manat hissəsini ödəmiş, 3.700 manat borcu qalmışdır. Xəbərdarlıq edilsə də cavabdeh təhsil haqqının qalan hissəsini iddiaçıya ödəməmişdir. 15.12.2020-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında təhsilin təşkili haqqında müqavilə bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə müəyyən edilmiş təhsil haqqını tam ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı MMC-nin 27.09.2021-ci il tarixli 100/2282 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı MMC-də təhsil alan X1 valideyni Cavabdeh arasında bağlanmış təhsilin təşkili haqqında 15.12.2020-ci il tarixli 124/2019(T-2019-2020) nömrəli müqaviləyə əsasən İddiaçı MMC-yə təhsil alan X1 təhsil haqqı kimi 2019-2020 və 2020-2021 tədris ili üçün ödənilməli olan 6.500 manat təhsil haqqından - Cavabdeh 2019-2020 tədris ili üzrə yaranmış 700 manat təhsil haqqı borcu, 2020- 2021 tədris ili üzrə yaranmış 3.000 manat təhsil haqqı borcu qalmışdır. Həmin borca 1.621 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 6.500 manat təhsil haqqından cəmi 2.800 manatını ödəmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 1.621 manat dəbbə pulu azaldılaraq 120 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.12.2020-ci il tarixli 124/2019(T-2019-2020) nömrəli müqaviləyə əsasən İddiaçı MMC-də təhsil alan X1 təhsil haqqı kimi 2019-2020 və 2020-2021 tədris ili üçün ödənilməli olan 6.500 manat təhsil haqqından - 2019-2020 tədris ili üzrə yaranmış 700 manat təhsil haqqı borcu, 2020-2021 tədris ili üzrə yaranmış 3.000 manat təhsil haqqı borcu və hesablanmış 120 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.850 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə, yəni “1.501 manat dəbbə tutulması” hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.12.2020-ci il tarixli 124/2019(T-2019-2020) nömrəli müqaviləyə əsasən İddiaçı MMC-də təhsil alan X1 təhsil haqqı kimi 2019-2020 və 2020-2021 tədris ili üçün ödənilməli olan 6.500 manat təhsil haqqından - 2019-2020 tədris ili üzrə yaranmış 700 manat təhsil haqqı borcu, 2020-2021 tədris ili üzrə yaranmış 3.000 manat təhsil haqqı borcu və hesablanmış 120 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.850 (üç min səkkiz yüz əlli) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar