Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-574/2025 13.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 780 (yeddi yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Daşkəsən şəhəri, H.Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. Belə ki, icarəyə götürdüyü mağazada mobil telefonlar, qızılzinət əşyaları və paltar satışı ilə məşğul olur. Vergilər nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. VÖEN nömrə almışdır. Cavabdeh uzun müddətdir tanıyır. O, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə hərbi qulluqçusu olaraq işləyir. Təxminən 8 ay bundan öncə Cavabdeh onun mağazasına gəlib nisyə dəyəri 780 manat dəyərində olan qızıl ziynət əşyası götürmüşdür. Həmin qızılın dəyərindən heç bir manat da olsa pul ödəməmişdir. Dəfələrlə ona olan borcunu ondan tələb etsə də, fərqli bəhanələrlə borcunu ödəməkdən boyun qaçırtmışdır. Hazırda Cavabdeh ona cəmi 780 manat qızılzinət əşyasına borcu qalmışdır. Həmin məbləği ondan ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-574/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 77182 nömrəli nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı İddiaçı 585 əyarlı, ümumi çəkisi 6 qram olan qızıl boyunbağını alıcı Cavabdeh ümumi dəyəri 780 (yeddi yüz səksən) manat olmaqla satmışdır. Müqaviləyə əsasən, ödəniş kredit şərti ilə, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat olmaqla 8 ay müddətində həyata keçirilməlidir. Müqavilənin sonundakı qeyddən görünür ki, alıcı Cavabdeh heç bir ödəniş etməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 780 manat dəyərində olan qızıl-zinət əşyaları almış, aldığı əşyaların dəyərini iddiaçıya ödəməmiş və 780 manat borcu vardır. Hazırda cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh isə aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında faktiki yazılı qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin razılaşma üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, belə ki, o, razılaşma predmeti olan qızıl-zinət əşyalarını cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni aldığı əşyaların dəyərini iddiaçının ondan vaxtaşırı tələb etməsinə baxmayaraq vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərinin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 780 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-574/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-574/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver