Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-58/2025 22.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* və ******* saylı aktların etibarsız hesab edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş 172 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Qızılburun kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı öz adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, istifadə etdiyi müddətdə heç bir problem olmamışdır. Cavabdeh Hacıqabul rayon şöbəsinin əməkdaşları sayğaca baxış keçirərkən qaz sayğacında yivli birləşmələrinin korroziya uğradığını görüb yenisi ilə əvəz etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin əsasa görə onu 172 manat cərimə etmişlər. Qaz sayğacına kənar müdaxilə edilməmişdir və korroziyaya uğraması onun günahı deyil, təbbi haldır çünki uzun müddətdir ki, qaz sayğacı istifadədədir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları əsassız olaraq onu 172 manat cərimə etmişlər. Həmin aktın əsassız hesab olunmasını və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, SOCAR Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-525110003 saylı akta əsasən sayğac minimal sərfiyyatda 100% xətayla işləyir. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, əvvəlki qaz sayğacında olan qüsurlardan dolayı yeni qaz sayğacı abonentə məxsus evə quraşdırılmış və abonentə təhvil verilmiş, həmin akt iştirakçılar və abonentin nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK-14-2-2/3-5-5251/Q003 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********4 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacın yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izlərinin aşkar edilmədiyi və sayğac istismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan Qızılburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X2 rayonunun Qızılburun kəndində yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi istismar müddətinin bitdiyi olmuşdur. Hazırda iddiaçı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın da etibarsız hesab edilməsini və onun əsasında hesablanmış cərimənin silinməsini tələb etsə də, həmin akt əsasında deyil, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında cərimə hesablandığından və digər aktda sadəcə qaz sayğacının dəyişdirilməsi ilə bağlı olduğundan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, iddia qismən təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və İddiaçı yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172 (yüz yetmiş iki) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172 (yüz yetmiş iki) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-58/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-58/2025
22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver