Məhkəmə qərarları › İş №2(071)-583/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-583/2024

02.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-583/2024 02.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı Ərizəçi və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ərizəçi (cavabdeh Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi (cavabdeh Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01374 saylı Barışıq Sazişinin alimentin tutulması hissəsində barışıq sazişi bağlandığı gündən etibarən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girmişdir. Birgə rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı 3 övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(071)-900/2023 saylı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. O, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01374 nömrəli barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtinə görə maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqlarının saxlanılmasından ötrü hər ay hər bir uşaqa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, həmin vaxtdan hal-hazıradək maraqlı şəxs sazişin şərtinə əməl etməyərək alimenti vaxtında və tam şəkildə ödəmir. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, onunla maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin şəxs barışıq sazişinin tələblərinə əməl etməmiş, ödəmələrdə gecikmələri olmuşdur. Barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Maraqlı şəxs anasıdır. Maraqlı şəxsn ərizəçi ilə birlikdə nikaha girmiş və birgə nikahdan 3 uşaqları anadan olmuşdur. Nikahları pozulmuşdur. Hazırda oğlu işsiz olduğu üçün alimenti ödəyə bilmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs Ərizəçi ilə nikahından doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşılarına çatana kimi saxlanılması üçün hər ay 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağların saxlanılması üçün hər ay 150 manat ödənilməli olan sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarıı üçün hər ay 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-01374 nömrəli barışıq sazişinin alimentin ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2011ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar