Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-597/2022 27.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC, "Şirvan" X5 və Satışı İdarəsi (RETSİ) tərəfindən tərtib edilmiş 18 avqust 2021-ci il tarixli AKT R 229083 nömrəli aktı etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 682,77+84=766,77 manat cərimənin İddiaçı adına olan **********03478 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, anası İddiaçı ilə birlikdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsindəki 65 nömrəli fərdi yaşayış eviində yaşayır, "xxxx" ASC tərəfindən işıq xətti çəkilərək smart tipli sayğacla təchiz olunmuşdur. Smart tipli işıq sayğacı anası İddiaçı adına rəsmiləşdirilmişdir. Abonent kodu **********00827 olan smart tipli elektirik sayğac uzun müddətdir ki, onların istifadəsindədir və bu günə qədər elektrik enerjisindən istifadəyə görə borcları olmamışdır. 17 avqust 2021-ci ildə yaşadıqları ünvanda qaynaq işləri görülən zaman gərginlik artıb-azalmış və sayğacın qoruyucu elektirik açarı (avtomatı) qızaraq atdığından işıqlar sönmüşdür. O, X3 bu barədə məlumat vermiş, lakin qeyri-iş günü olduğuna görə usta gəlməmişdir. Bu səbəbdən o, elektirik açarını müvəqqəti təmir etmiş və X1 əməkdaşları növbəti iş günü gəlmiş, sayğaca baxış keçirmiş və sayğacın qoruyucu elektirik açarı (avtomatı) yenisi ilə əvəz etmişlər. Həmçinin X1 əməkdaşları xx.xx.2021-ci il tarixdə AKT R 229083 nömrəli akt tərtib etməklə, (16,7 Amper x 0,22 x 0,7 x 24 saat x 120 gün = 7407 kVts; 1200 (0,07) = 84,00 manat, 6207 (0,11) = 682,77 manat) olmaqla ccərimə hesablamışlar. O, işıq sayğacına müdaxilə etməmişdir, X2 qeyri-iş günü olduğuna görə müvəqqəti (bir günlük) elektirik açarını təmir edərək işığı bərpa etmişdir. Cərimə AKT-ı tərtib edilən zaman elektrik abonentin və ya ailə üzvlərinin, hal şahidlərinin iştirakı təmin edilməmiş, əsassız olaraq cərimə hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları Hakim Əhmədov, Bəhmən Mikayılov və Arif Axundov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli R N 229083 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları Hakim Əhmədov, Bəhmən Mikayılov və Arif Axundov İddiaçı məxsus (**********00824 nömrəli abunə kodu) Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 65 nömrəli fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı abonentin sayğacın alt qapaq möhrünü qıraraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə qoymaqla sayğac sxemdən kənarlaşdırılmışdır. Kənar xətt ləğv edilmişdir. Kənar xətdən axan yük 16,7 A təşkil etmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları imzalamışlar. Abunəçinin və ya nümayəndəsinin, hal şahidlərinin iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli R N 229083 nömrəli akt tərtib edilərkən İddiaçı məxsus (**********00824 nömrəli abunə kodu) Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 65 nömrəli fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı həmin evə quraşdırılmış sayğacın alt qapaq möhrünü qırılaraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə qoyulmaqla sayğacın sxemdən kənarlaşdırıldığının aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının, onun ailə üzvlərinin, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmiş və bu faktı təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 65 nömrəli fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli R N 229083 nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 766,77 manat borc İddiaçı **********00827 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 65 nömrəli fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli R N 229083 nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 766,77 (yeddi yüz altmış altı manat yetmiş yeddi qəpik) manat borc İddiaçı **********00827 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-597/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-597/2022
27.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver