Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-619/2024 03.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 324197 nömrəli akta əsasən hesablanmış 1041,10 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin Hacıqabul rayonunun Kolanı kəndinə ilk dəfə "xxxx"ASC tərəfindən smart tipli sayğaclar quraşdırlan zaman texniki səhv olaraq oğlu İddiaçı adına quraşdırılmış və onun adına **********00446 nömrəli abonent kodu acılmışdır. xx.xx.2023-cü ildə "Azərişıq” ASC-nin Hacıqabul rayon şəbəkəsinin nəzarətçi mühəndisi Dəyanət və montyoru X3 ünvanında olan sayğaca gələn elektrik enerjisi xəttini dirəkdən açmışdır. O, bununla əlaqədar "xxxx" ASC-nin Hacıqabul şöbəsinə gəlmiş və ona məlum olmuşdur ki, yaşadığı fərdi yaşayış evinə dair "xxxx" ASC tərəfindən xx.xx.2024-ci ildə akt yazılmış və buna görə 1041,10 manat cərimə hesablanmışdır. "xxxx" ASC-nin Hacıqabul EŞ-nin əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və elektirik montiyor R.Əsgərov tərəfindən Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinin abonenti İddiaçı adına tərtib olunmuş aktdan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, EEİO-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xəttdən istifadə edir. Ampermaşa ilə ölçü aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, kənar xətdən istifadə etməmişlər. "xxxx" ASC-nin əməkdaşları gecə saatlarında videoçəkiliş aparmışlar. Kənar xəttdən onun və ailə üzvlərinin xəbəri olmamışdır. Abonent hesabına yazılmış cərimə məbləği əsassızdır, bu səbəbdən həmin cərimə məbləğinin silinməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X1 əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və elektirik montiyor R.Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324197 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və elektrik montiyoru R.Əsgərov xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00446 nömrəli abunə kodu) Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətdən istifadə etmişdir. Baxış zaman video çəkiliş aparılmışdır. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (abunə kodu **********00446) abunə hesabına 1041,10 manat cərimə yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324197 nömrəli aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Bundan başqa, aktın tərtib edilməsi zamanı "xxxx" ASC-nin əməkdaşları aparılmış videoçəkilişə məhkəmə iclasında baxılmışdır. Videoçəkilişə baxış zamanı abonent tərəfindən fərdi yaşayış evinə sayğacdan kənar elektrik xəttinin çəkilməsi dəqiqliklə təsvir edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilməyərək abonentin iştirakı təmin edilməmiş, habelə aparılmış videoçəkilişdə abonent tərəfindən fərdi yaşayış evinə sayğacdan kənar elektrik xəttinin çəkilməsi dəqiqliklə təsvir edilməmişdir. İddiaçının abonent hesabına isə məhz həmin akt əsasında borc hesablandığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 1087,54 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 324197 nömrəli akt əsasında hesablanmış 1041,10 manat cərimə İddiaçı məxsus **********00446 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-619/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-619/2024
03.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver