Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-630/2021 11.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X3, Ərizəçi X1 “hüquqi əhəmiyyətli olan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi X2 “hüquqi əhəmiyyətli olan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 02.08.1995-ci il tarixdə Hacıqabul rayon Meyniman icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ölüm haqqında aktı qeydinin, Sabirabad rayon Kalinovka kənd ərazi vahidliyində tərtib edilmiş 02.08.1994-cü il tarixdə qeydə alınmış 43 nömrəli akt qeydinin 28.06.1994-cü il təvəllüdlü X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Hacıqabul rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəni və ona əlavə edilən sənədlərı araşdıraraq hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırkı halda Ərizəçi ərizəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınmış doğum və ölüm akt qeydinin mərhum oğlu - 28.06.1994-cü il təvəllüdlü X4 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Göründüyü kimi, prosessual qanunvericilik müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrin şəxsə məxsus olması faktının müəyyən edilməsini istisna etmişdir. Bu səbəbdən ərizə məhkəmənin icraatına qəbul edilə və baxıla bilməz. Ərizəçi düzgün olmayan akt qeydlərində düzəliş aparılması üçün qeydiyyat şöbəsinə müraciət etməli, düzəlişin aparılmasından imtina edildiyi təqdirdə isə qeydiyyat şöbəsinin hərəkətindən və qərarından inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 153, 153.2.1, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi X1 “hüquqi əhəmiyyətli olan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-630/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-630/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver