Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-637/2021 16.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun yaşadığı Hacıqabul şəhəri Bakı küçəsindəki 23 saylı fərdi yaşayış evinə quraşdırılan abonent kodu **********00000 olan qaz sayğacına əsassız olaraq borc kimi yazılmış 1.339,20 manat pulun X2 İstismar İdarəsi tərəfindən silinməsi və smart kartdan tutulmuş 300 manat vəsaitin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul şəhəri Bakı küçəsindəki 23 saylı fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. O, vaxtaşırı pul ödəməklə sayğac vasitəsi ilə qazla təmin olunur. Lakin sonradan sayğac vasitəsi ilə ödəniş edərkən ödənilən məbləğin 50%-i avtomotik olaraq hesabından çıxılmış və 2021-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ******* saylı akta əsasən ona 1.339,20 manat cərimə yazılmışdır. O, həmin aktın surətini 13.09.2021-ci il tarixdə əldə etmiş və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacın çıxış borosunda dəşik olduğunu qeyd etməklə ona cərimə yazdıqlarını öyrənmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları aktı onun iştirakı və xəbəri olmadan tərtib etmişlər. Guya sayğaca müdaxilə olunduğu üçün 1.339,20 manat borc yazılmışdır. Aktın tərtib olunmasından xəbəri olmamış və akta imza atmamışdır. Borcun hesablanmasına dair akt qanunsuz tərtib edilmiş və cərimə əsassız olaraq yazılmışdır. O, istifadə etdiyi qazın dəyəri hər ay vaxtında ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Abbasova X1 şəhəri Bakı küçəsi ev 23-də daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı Hacıqabul şəhəri Bakı küçəsindəki 23 saylı fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 tipli 1002AQ**********4 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 12.12.2017-ci il tarixdə göstərilən qaz sayğacı, İtron tipli G4 markalı 1702AZ**********80 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12.12.2017-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacın kamerasının iti alətlə deşilməsi və sayğacın giriş və çıxış birləşmələrinin korroziyaya uğradığı göstərilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.05.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz” İB-nin İTRİ-nin 30.05.2018-ci il tarixli rəyində 1002AQ**********4 nömrəli qaz sayğacının çıxış plasmas borusunun deşilməsi, dəymiş ziyan və itirilmiş qaz hesablanaraq İddiaçı 1.339,20 manat borc yazıldığı qeyd edilmişdir. Abonentin ödənişə cəlb olunması göstərilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdınlarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamış və sayğacın çıxış plasmas borusunun deşilməsinin hansı şəraitdə əmələ gəlməsi araşdırılmamışdır. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.05.2018-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********00000) Hacıqabul şəhəri Bakı küçəsində yerləşən 23 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar edilmişdir. Akta əsasən 30.05.2018-ci il tarixdə abunəçiyə 1.339,20 manat borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və viedeo çəkiliş aparılmamışdır. Bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. “Azəriqaz” İB-nin sayğacın çıxış plasmas borusunun deşilməsini təsdiq edən sənədləri mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, 30.05.2018-ci il tarixli akt qanunsuz və əsassız olaraq yazılmışdır və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.05.2018-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 1.339,20 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. İddiaçı smart kartından tutulmuş 300 manat vəsait İddiaçı abunə hesabına bərpa edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.05.2018-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30.05.2018-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Hacıqabul şəhəri Bakı küçəsində yerləşən 23 saylı fərdi yaşayış evində qazdan istifadəyə görə hesablanmış 1.339,20 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinsin. İddiaçı smart kartından tutulmuş 300 manat vəsait “Azəriqaz” İB tərəfindən İddiaçı abunə hesabına bərpa edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-637/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-637/2021
16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver