Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-638/2021 16.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “08.12.2020-ci il tarixli 414548 nömrəli aktın və komissiya tərəfindən qəbul edilmiş 30.07.2021-ci il il tarixli ******* nömrəli aktın (qərar) ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “08.12.2020-ci il tarixli 414548 nömrəli aktın və komissiya tərəfindən qəbul edilmiş 30.07.2021-ci il il tarixli ******* nömrəli aktın (qərar) ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08.12.2020-ci il tarixli 414548 nömrəli aktın və komissiya tərəfindən qəbul edilmiş 30.07.2021-ci il il tarixli ******* nömrəli aktın (qərarın) ləğv edilməsi və həmin akt əsasında onun yaşadığı Hacıqabul şəhəri M.B.Nadim küçəsindəki 15 A saylı fərdi yaşayış evinə hesablanmış cərimənin onun **********00000 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hazırda qeydiyyatda olduğu Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 15 A saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08.12.2020-ci il tarixli 414548 nömrəli aktda sayğacın elektron lövhəsinin gövdədən tərpəndiyi göstərilmişdir. Daha sonra, 30.07.2021-ci il tarixli ******* saylı aktla dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Həmin aktda alarm-1 rejimi aşkar edildiyi göstərilmişdir. 08 dekabr 2020-ci il tarixdə komissiya tərəfindən qəbul edilmiş qərarda sayğacda olan qüsurun sərfiyyata uyğun olmaması göstərilmiş və komissiyanın qərarına əsasən **********00000 abonent kodlu sayğacdan qanunsuz istifadə etməsi səbəbindən cərimə hesablanılması qərar alınmışdır. Akt onun və 2 nəfər hal şahidinin iştirakı olmadan tərtib edilmiş, akt ona təqdim edilməmişdir. Onun abunə hesabına yazılmış cərimə qanunsuz və əsassız yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı ünvan 1-da yerləşən fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********6 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 08.12.2020-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G4-T markalı **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.12.2020-ci il tarixli 414548 nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacın elektrik lövhəsinin gövdədən tərpəndiyi göstərilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021ci il tarixli ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz İB-nin 30.07.2021-ci il tarixli rəyinə əsasən baxılan 1002AQ**********6 nömrəli nömrəli qaz sayğacının alarm-1 rejimində olması aktda qeyd edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. 10.11.2021-ci il tarixli bildirişdə İddiaçı yaşadığı (abunə kodu 24**********000) ünvan 1-da yerləşən fərdi yaşayış evinə 224,20 manat borc yazılmışdır. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2021-ci il tarixli ******* saylı aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu 24**********000) ünvan 1-da yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın alarm-1 rejimində olması aşkar edilmişdir. Akta əsasən 30.07.2021-ci il tarixdə abunəçiyə borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. Bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, 30.07.2021ci il tarixli akt qanunsuz və əsassız olaraq yazılmışdır və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu 24**********000) hesabından silinməlidir. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08.12.2020-ci il tarixli 414548 nömrəli akt və komissiya tərəfindən qəbul edilmiş 30.07.2021-ci il il tarixli ******* nömrəli akt (qərar) ləğv edilməli və həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri M.B.Nadim küçəsindəki 15 A saylı fərdi yaşayış evinə hesablanmış cərimə İddiaçı **********00000 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 08.12.2020-ci il tarixli 414548 nömrəli akt və komissiya tərəfindən qəbul edilmiş 30.07.2021-ci il il tarixli ******* nömrəli akt (qərar) ləğv edilsin və həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri M.B.Nadim küçəsindəki 15 A saylı fərdi yaşayış evinə hesablanmış cərimə - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-638/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-638/2021
16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver