Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-638/2023 05.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin enerji uçotu və elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasının yoxlanılmasına dair 055109 nömrəli aktının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsindən xx.xx.2009-ci il tarixdə qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********) və "xxxx" ASC ilə onun arasında yaranmış mübahisə, sonuncunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ticarət obyektinə qeydiyyatda olmayan sayğacın quraşdırılması və şəbəkəyə qoşulması ilə əlaqədar tərtib edilmiş aktın qanuniliyi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının 24-cü bəndində göstərilir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə, Ali Məhkəmənin Plenum qərarındakı tövsiyyəni nəzərə alaraq qeyd edir ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla bərabər, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ticarət obyektində elektrik enerjisindən istifadə etməsi şəxsi tələbatını ödəmək məqsədi daşımadığından, onunla "xxxx" ASC arasında ticarət obyektində elektrik enerjisindən istifadədən irəli gələn mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Elektrik enerjisinin istifadə edildiyi ticarət obyekti Hacıqabul rayonu ərazisində yerləşdiyinə görə, Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən iddiaçının seçiminə görə mövcud iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı həmin tələblə bağlı aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər X4
Məhkəmə qərarları › İş №2(071)-638/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-638/2023
05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver