Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-642/2021 01.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “30.07.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, borcun silinməsi, sayğacın dəyişdirilməsi və qaz sərfiyyatının silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “30.07.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, borcun silinməsi, sayğacın dəyişdirilməsi və qaz sərfiyyatının silinməsi” tələbinə dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 İstismar İdarəsinin tərəfindən ona əsassız olaraq yazılmış 27.04.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta görə hesablanmış 216 manat borcun silinməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi, 27.04.2021-ci il tarixdə quraşdırılmış Zenner tipli G4 markalı ********** nömrəli qaz sayğacının cavabdeh tərəfindən dəyişdirilməsi və həmin sayğacın hesabladığı 500 m3 qaz sərfiyyatının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində fərdi yaşayış evində 1 ədəd PQ-3 qaz peçi və 28 litrlik kombi aparatı var. Evə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər Stron tipli Gt-T 1102A**********19 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 27.04.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G4 markalı **********2 nömrəli mexaniki sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən ona qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.04.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacda heç bir problem olmaması, istismar müddətinin bitdiyi üçün yenisi ilə əvəz olunması barədə akt tərtib edilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Aktda “Azəriqaz İB-nin İTRİ-nin 30.07.2021ci il tarixli rəyinə əsasən baxılan 1102A**********19 nömrəli qaz sayğacının çıxış plasmas borusunun deşilməsi, dəymiş ziyan və itirilmiş qaz hesablanaraq abonentin ödənişə cəlb olunması göstərilmişdir. Ona cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Həmin tələbnamədə ona 2160 m3 artıq qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata görə 216 manat borc yazılmışdır. O, həmin borcu əsassız hesab edir. Belə ki, yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdınlarkən ona bildirilməmiş, bundan onun xəbəri olmamış və sayğacın çıxış plasmas borusunun deşilməsinin hansı şəraitdə əmələ gəlməsi araşdırılmamışdır. Belə ki, köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən qaz sayğacının qapağındakı möhürlər yerində olmuş, möhürlərdə heç bir zədə və müdaxilə izləri olmamışdır. Borcun hesablanmasına dair akt qanunsuz tərtib edilmiş və cərimə əsassız olaraq yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Nəvahi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli 384 saylı arayışdan müəyyən edilir ki, Rəhimova X1 rayonu Nəvahi kəndində yaşayır. İddiaçı mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində fərdi yaşayış evində 1 ədəd PQ-3 qaz peçi və 28 litrlik kombi aparatı var. Evə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər Stron tipli Gt-T 1102A**********19 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 27.04.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G4 markalı **********2 nömrəli mexaniki sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən ona qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.04.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacda heç bir problem olmaması, istismar müddətinin bitdiyi üçün yenisi ilə əvəz olunması barədə akt tərtib edilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Aktda “Azəriqaz İB-nin İTRİ-nin 30.07.2021-ci il tarixli rəyinə əsasən baxılan 1102A**********19 nömrəli qaz sayğacının çıxış plasmas borusunun deşilməsi, dəymiş ziyan və itirilmiş qaz hesablanaraq abonentin ödənişə cəlb olunması göstərilmişdir. İddiaçı cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Həmin tələbnamədə iddiaçıya 2160 m3 artıq qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata görə 216 manat borc yazılmışdır. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdınlarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamış və sayğacın çıxış plasmas borusunun deşilməsinin hansı şəraitdə əmələ gəlməsi araşdırılmamışdır. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2021-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********00000) Hacıqabul rayonu Nəvahi kəndində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktı Hacıqabul X/S TQQ və SX-nin mühəndisi İ.Abdulrəhmənovun tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Akta əsasən 30.07.2021ci il tarixdə abunəçiyə 216 manat borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və viedeo çəkiliş aparılmamışdır. Bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. “Azəriqaz” İB-nin sayğacın çıxış plasmas borusunun deşilməsini təsdiq edən sənədləri mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, 30.07.2021-ci il tarixli akt qanunsuz və əsassız olaraq yazılmışdır və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının 27.04.2021-ci il tarixdə quraşdırılmış Zenner tipli G4 markalı ********** nömrəli qaz sayğacının cavabdeh tərəfindən dəyişdirilməsi və həmin sayğacın hesabladığı 500 m3 qaz sərfiyyatının silinməsi barədə tələbi əsassız olduğundan pədd edilməlidir. Belə ki, sayğac yenisi ilə əvəz edildikdən sonra iddiaçının qazdan istifadəsi nəticəsində yaranan 500 m3 qaz sərfinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 216 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. İddia tələbi - 27.04.2021-ci il tarixdə quraşdırılmış Zenner tipli G4 markalı ********** nömrəli qaz sayğacının cavabdeh tərəfindən dəyişdirilməsi və həmin sayğacın hesabladığı 500 m3 qaz sərfiyyatının silinməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. 27.04.2021-ci il tarixdə quraşdırılmış Zenner tipli G4 markalı ********** nömrəli qaz sayğacının dəyişdirilməsi üçün məhkəmədən kənar qaydada “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilsin. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30.07.2021-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Hacıqabul rayonu Nəvahi kəndindəki fərdi yaşayış evində qazdan istifadəyə görə hesablanmış 216 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinsin. İddia tələbi - 27.04.2021-ci il tarixdə quraşdırılmış Zenner tipli G4 markalı ********** nömrəli qaz sayğacının cavabdeh tərəfindən dəyişdirilməsi və həmin sayğacın hesabladığı 500 m3 qaz sərfiyyatın silinməsi hissəsində rədd edilsin. “Azəriqaz” İB-dən 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-642/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-642/2021
01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver