Məhkəmə qərarları › İş №2(071)-645/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-645/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-645/2021 11.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X2 İddiaçı cavabdehlər Hacıqabul rayon Ələtli bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Hacıqabul rayon Ələtli bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə 08.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş 10.09.2020-ci il tarixli hərrac qanunvericiliyinin tələbləri pozulmaqla keçirildiyindən, qanunsuz keçirilmiş hərrac hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 10.09.2020-ci il tarixli “Hərrac təşkilatının hərracın yekunlarına dair” 110 nömrəli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədlərı araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb,ərizədə göstərilməlidir. Hazırkı halda iddiaçı ərizəsində Hacıqabul rayon Ələtli bələdiyyəsini cavabdeh kimi qeyd etsə də, Hacıqabul rayon Ələtli bələdiyyəsinə qarşı hər hansı bir iddia tələbi irəli sürməmişdir. Odur ki, İddiaçı iddia tələbi yalnız cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbindən ibarət olduğuna və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hüquqi ünvanı - AZ1154, ünvan 1zə ilə ərazi aidiyyatı üzrə cavabdehin hüquq ünvanı üzrə Nərimanov rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Hacıqabul rayon Ələtli bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar