Məhkəmə qərarları › İş №2(071)-654/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-654/2025

01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-654/2025 01.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1993cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qasımov Ərizəçi Təranə Yunis qızı ilə xx.xx.1992-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.1993-cü il tarixdə X9 adlı bir övladları anadan olmuşdur. X9 anadangəlmə səhhəti ilə əlaqədar hərəkət sistemində nasazlıqlar yaranmışdır. Belə ki, sol ayağında hərəkət məhdudiyyəti olmaqla, Bakı şəhərində müayinə və müalicələr almışdır. Müayinələr zamanı əzələ tonusunun yüksək olması, serebral iflic, X13 davamlı qalıqları, tetraparez, yerişin kəskin ifadəli pozulması, özünə qulluq edə bilmir, kənar şəxsin qulluğuna və əlil arabasına ehtiyacı vardır- diaqnozu qoyulmuşdur. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicələr almışdır. Müalicə müddətində heç bir dəyişiklik olmamışdır. Səhhəti ilə əlaqədar ona uşaqlıqdan əlillik təyin edilməklə 2011-ci ildən etibarən İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən ona serebral iflic, X13 davamlı qalıqları, tetraparez, yerişin kəskin ifadəli pozulması, özümə qulluq edə bilməməsi, kənar şəxslərin qulluğa və əlil arabasına ehtiyacının olması, süst tetrapariya, tetraparez, yerişin kəskin ifadəli pozulması və miopiya diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Nazirliyinin X11-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində təkrar müayinə olunmaqla “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən təkrar şəxsi müayinəyə cəlb edilmişdir. Müayinə zamanı səhhətində yaxşılığa doğru heç bir dəyişiklik aşkarlanmadan 2.2.9-cu bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. X1 qeyd edilən xəstəliklər səbəbindən səhhəti ilə əlaqədar hazırda fəaliyyət qabiliyyəti yoxdur. Onun bu vəziyyətə düşməsi ilə əlaqədar bir çox müalicələr almasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Səhhətində müsbət dəyişiklik hiss olunmur. Bununla əlaqədar olaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, X9 anadangəlmə qüsurlu doğulmuşdur. Belə ki, sol ayağında hərəkət məhdudiyyəti olmaqla, Bakı şəhərində müayinə və müalicələr almışdır. Müayinələr zamanı əzələ tonusunun yüksək olması, serebral iflic, X13 davamlı qalıqları, tetraparez, yerişin kəskin ifadəli pozulması, özünə qulluq edə bilmir, kənar şəxsin qulluğuna və əlil arabasına ehtiyacı vardır - diaqnozu qoyulmuşdur. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicələr almışdır. Müalicə müddətində heç bir dəyişiklik olmamışdır. Səhhəti ilə əlaqədar ona uşaqlıqdan əlillik təyin edilməklə 2011-ci ildən etibarən İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən ona serebral iflic, X13 davamlı qalıqları, tetraparez, yerişin kəskin ifadəli pozulması, özümə qulluq edə bilməməsi, kənar şəxslərin qulluğa və əlil arabasına ehtiyacının olması, süst tetrapariya, tetraparez, yerişin kəskin ifadəli pozulması və miopiya diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan: - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2510 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X5 X6q əlamətləri, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, xəstəliyi ilə əlaqədar evə müəllim gələrək formal olaraq orta təhsil alması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, çətinliklə yeriməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə edilərək “Serebral iflic, X13 davamlı qalıqları: Tetraparez” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X5 X6q əlamətləri, əqli geriliklə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən “X18”, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 izahatında bildirmişdir ki, Ərizəçi qaynının yoldaşıdır. xx.xx.1993-cü il təvəllüdlü X4 anası xəstə olduğu üçün onun həkimə aparılmasında, yoxlanışlardan keçməsində o, bilavasitə iştirak etmişdir. Bildirmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü X9 məktəbə getdiyi ərəfələrdə valideynlərin fiziki dəstəyi ilə yeriyə bilsə də, yaş keçdikcə müvazinətini saxlamaqda çətinlik çəkmişdir. Hazırda xx.xx.1993-cü il təvəllüdlü X9 əlil arabası olmadan hərəkət edə bilmir. Məhkəmə iclasında şahid qismində çıxış edən X12 izahatında bildirmişdir ki, Ərizəçi onun bibisinin həyat yoldaşıdır. Vaxtaşırı olaraq onlara getdiyini, X7 baş çəkdiyini bildirmişdir. X9 əlil arabası vasitəsilə hərəkət edir. O, fiziki cəhətdən qüsurludur. Məhkəmə qeyd edir ki, ərizəçi, xx.xx.1993-cü il təvəllüdlü X4 yaxın qohumu atasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.1993-cü il təvəllüdlü X4 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar