Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-674/2021 23.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi, akta əsasən hesablanmış məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi, akta əsasən hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 15.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 06.09.2021-ci il tarixli 229274 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış məbləğin sinlinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materialların araşdıraraq hesab edir ki, iddia ərizəsi ərizəni imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “AZEMİS” sistemindən çıxarışdan müəyyyən edilir ki, İddiaçı 21.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini dövlət sərhədini keçməklə tərk etmişdir. İddia ərizəsi isə məhkəməyə 13.10.2021-ci il tarixdə poçt vasitəsilə Hacıqabul rayonu Abdulabad kəndindən İddiaçı adından göndərilmiş və ərizə 15.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqdim olunmuş elektron qaydada (mobil notariat) verilmiş 23.11.2021-ci il tarixdə Hacıqabul rayon notariat ofisində çap edilmiş 1S-3714 reyestr nömrəli etibarnamədən müəyyən edilir ki, İddiaçı 14.11.2021-ci il tarixli 14607 reyestr nömrəsi ilə X1 elektron etibarnamə vermişdir. Yəni, iddia ərizəsi İddiaçı adından məhkəməyə göndərilsə də, İddiaçı həmin iddia ərizəsi imzalamamışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı anası X2 məlumat verərək bildirmişdir ki, iddia ərizəsini oğlunun əvəzindən o, imzalayaraq məhkəməyə göndərsə də, həmin vaxt onun etibarnaməsi olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.3, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi, akta əsasən hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-674/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-674/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver