Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-679/2024 20.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, istifadə etdiyi müddətdə heç bir problem olmamışdır. Sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sayğac əvəz edildikdən sonra, yəni bir müddət keçdikdən sonra onun adına cərimə yazılmışdır. Halbuki, sayğac açılarkən o da orada iştirak etmişdir və sayğacda hər hansı bir problemin olması barədə ona heç bir məlumat verilməmişdir. Sübut olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı adı akta qeyd edilmiş lakin imzası yoxdur. Həmin akt qanunsuz yazılmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, iddia tələbinə yalnız əsassız hesablanmış 172,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun yaşadığı evə quraşdırılmış qaz sayğacı evinin çölündə yerləşir və o sayğaca heç bir müdaxilə etməmişdir. Odur ki, ona əsassız olaraq hesablanmış 172,80 manat məbləğində borcun silinməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı adına qeydə alınmış İtron G4 markalı 1002AQ**********3 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi “kütləvi əvəzetmə” göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1002AQ**********3 nömrəli sayğacın elektron yaddaş proqramı nasazdır, xətalar normadan artıqdır. Sayğacın istismara yararsız olduğu göstərilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-299 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********3 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın elektron yaddaş proqramı nasazdır. LCD ekranda elektron göstərici bölməsində 96728m3,(728.012m3) toplam kredit bölməsində 999999, qalıq kredit bölməsində 4836,47 və tarix bölməsində 27.06.70 əks olunur. Xətlar normadan artıqdır. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına rəsmiləşdirilmiş Hacıqabul rayonu Atbulaq kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin may ayında akt üzrə 172,80 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən məhkəmənin sorğusuna əsasən elektron kabinet vasitəsilə verilmiş arayışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 172,80 manat borc hesablanmış və həmin borcdan tutulma, hər hansı ödəniş olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi kütləvi əvəzetmə göstərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 1 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən yaşayış sahəsinə təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-679/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-679/2024
20.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver