Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-681/2021 16.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X1 iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “30.08.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “30.08.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 19.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi (Salyan RQİİ) tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabıma əlavə edilmiş debitor borcun (216 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ailəsi ilə birikdə Hacıqabul rayon Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadıqları fərdi evə quraşdırılmış qaz sayğacı İddiaçı adına rəsmiləşdirilib və xeyli müddətdir ki, təbii qazdan istifadə edir. Hal-hazırda verilmiş bildirişlər əsasında qazın dəyərini normal qaydada ödəyir. 18.05.2021-ci il tarixdə "Azəriqaz" X4 X6 İdarəsinin Hacıqabul Xidmət sahəsinin işçiləri tərəfindən həmin vaxt qədər istifadə etdikləri İTRON markalı smart kart tipli G-4 qaz sayğacı (1102AQ**********3 zavod N-li) istismar müddəti bildiyi üçün dəyişdirilərək, yeni Zenner markalı G-4 mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Köhnə sayğacı dövlət yoxlamasına göndərilməsi üçün özləri ilə aparmışlar. Əvəzetmə aktını imza edərkən aşkar edilmiş "ALARM-1" rejimi ilə bağlı İddiaçı şifahi sorğusuna bunun yalnız müvafiq Dövlət Yoxlamasından sonra veriləcək rəy gəldikdən sonra məlumat verəcəklərini bildirmişlər. Bir neçə ay sonra, yəni 30.08.2021-ci il tarixdə iddiaçı evdə olmadığı zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən oğlu Mirzəxan Cəfərova "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" (N-0258597) akt təqdim edilmişdir. Aktı alarkən oğlu Mirzəxan aktı imzalamaqdan imtina etmişdir. Belə ki, həmin nöqsan Hacıqabul XS-nin əməkdaşları tərəfindən qaz sayğac açılan zaman baş vermişdir. Amma buna baxmayaraq cərimə iddiaçının adına yazılmışdır ki, bunu da sonradan növbəti bildiriş üzrə ödəniş etmək istəyərkən ödəmə məntəqəsində adına 250 manat dəyərində debitor borc olduğunu məlum olmuşdur. Həmin məsələ ilə əlaqədar yerli qaz təminatı idarəsinə müraciət edərkən, onların əməkdaşı qaz sayğacı əvəz edildikdən sonra verilmiş rəy əsasında aktın tərtib edildiyini izah etməyə çalışmışlar. Lakin, həmin sayğac açılanadək normal işləyib və rəydən də göründüyü kimi açılma tarixində "ALARM-1" rejiminə düşmüşdür. Belə ki, həmin vaxt Hacıqabul XS-nin əməkdaşları tərəfindən qaz sayğacı açılan zaman rəydə qeyd edildiyi kimi "element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınmışdır". Bundan əlavə iddiaçının adına olan köhnə qaz sayğacı əvəz edilənədək işlək vəziyyətdə olması XS-nin əməkdaşları və verilmiş yoxlama rəyindən də aydın görünür. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cəfərov X2 rayonu Pirsaat qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********3 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 18.05.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. Salyan X6 İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18.05.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu və bununda nəticəsində sayğacın alarm-1 rejimində olduğu göstərilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.08.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz İB-nin 30.08.2021-ci il tarixli rəyinə əsasən baxılan 1002AQ**********3 nömrəli nömrəli qaz sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu və bununda nəticəsində sayğacın alarm-1 rejimində olduğunun aşkar edildiyi aktda göstərilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdınlarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* saylı aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********00000) Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır və bununda nəticəsində sayğac alarm-1 rejimindədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30.08.2021-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evində qazdan istifadəyə görə hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-681/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-681/2021
16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver