Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-686/2021 06.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 qarşı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 30.09.2019-cu il tarixli 00947954 nömrəli müqaviləyə əsasən nisyə satılmış İMEİ kodu **********71568 olan Samsung Galaxy A50 markalı telefonun və 2 ədəd aksesuarın dəyərindən ödənilməmiş qalan 459 manat əsas borcun, hesablanmış 138 manat dəbbə pulu və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 627 manat borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehlər iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, 30.09.2019-cu il tarixli 00947954 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ümumi dəyəri 792 manat təşkil edən İMEİ kodu **********71568 olan Samsung Galaxy A50 markalı mobil telefonu və 2 ədəd aksesuarı 0 manat ilkin ödəniş olmaqla 12 ay müddətinə ayda 66 manat ödənilməsi şərti ilə Cavabdeh1 nisyə satmışdır. Həmçinin müqavilənin təminatı olaraq 30.09.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin Cavabdeh2 "xxxx" MMC-nin qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 08.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30.09.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 459 manat əsas borcu, 138 manat cərimə olmaqla, cəmi 597 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 138 manat dəbbə pulu azaldılaraq 15 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30.09.2019-cu il tarixli müqavilə üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Zamin Cavabdeh2 ilə kreditor "xxxx" MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti 30.09.2020-ci il tarixdə başa çatdığına və kreditor 21.10.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 30.09.2019-cu il tarixli müqavilə üzrə yaranmış borc zamindən tələb edilə bilməz. 30.09.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 30.09.2019-cu il tarixli müqaviləyə əsasən nisyə aldığı Samsung Galaxy A50 markalı telefonun və 2 ədəd aksesuarın dəyərindən ödənilməmiş qalan 459 manat əsas borc, hesablanmış 15 manat dəbbə pulu və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 504 manat pul tutularaq "xxxx" MMCyə ödənilməlidir. İddia tələbi - cavabdeh (borclu) Cavabdeh1 qarşı qalan hissədə, yəni 123 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməli, 30.09.2019cu il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 30.09.2019-cu il tarixli müqaviləyə əsasən nisyə aldığı Samsung Galaxy A50 markalı telefonun və 2 ədəd aksesuarın dəyərindən ödənilməmiş qalan 459 manat əsas borc, hesablanmış 15 manat dəbbə pulu və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 504 (beş yüz dörd) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi - cavabdeh (borclu) Cavabdeh1 qarşı qalan hissədə, yəni 123 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin, 30.09.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-686/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-686/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver