Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-690/2022 31.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2022-ciil tarixli ******* saylı təbi qazdan istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul şəhəri, M.S.ünvan 1 ünvanda yaşayır. Yaşadıqları evin kamunal xərclərini vaxtı vaxtında ödəmişdir. Digər sayğaclar kimi Cavabdeh İB-nin quraşdırdığı qaz sayğacı ona məxsus yaşayış evinin həyətyanı sahəsinin çöl hissəsində quraşdırılmışdır. Qaz sayğacının yerləşdiyi ərazidə yüngül yanğın baş verməsi nəticəsində qaz sayğacının üst qabığında yanğının “qara rəngdə hiss” izləri düşmüşdür. Hər ay qaz sayğaclarına baxış keçirilir və o, öz növbəsində həmişəki kimi qazdan və qaz sayğacından istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə qaz sayğacını yenisi ilə əvəz edilmişdir və ona daha sonra Cavabdeh İB-nə borcunun olduğu bildirilmişdir. O, borcunun nədən yarandığını öyrənmək istədikdə ona akt və sair sənədlər verilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın üz qapağına ziyan dəydiyi göstərilmişdir. O, qaz sayğacına dəymiş ziyanı ödəməyə hazırdır və bundan boyunda qaçırmır. Qaz sayğacının qiyməti 518 manat deyil. Əyər sərfiyyatda hesablanıbsa yenədə düzgün hesablanmamışdır. Sayğacın üz qabığına dəyən ziyanın sərfiyyata heç bir adiyyatı yoxdur. Odur ki, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri M.S.Ordubadi küçəsi ev 8 ünvanında təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1002AQ**********6 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı mexaniki **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsi ev 8 nömrəli fərdi yaşayış evində quraşdırılmış sayğacın qoruyucu örtüyünün üzərindəki plomblar kənar təsir nəticəsində deşilmişdir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-00702-1 nömrəli rəyinə əsasən İtron topli, G4 markalı 1002AQ**********6 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın üst, alt hissəsi və metrologiya plombları istilik nəticəsində əriyib sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********6 nömrəli elektron qaz sayğacı xx.xx.2022-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı mexaniki **********3 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2022-ciil tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2022ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsi ev 8 nömrəli fərdi yaşayış evinə hesablanmış cərimə - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(071)-690/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-690/2022
31.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver