Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-693/2024 30.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R324467 nömrəli aktın etibarsız hesab edilərək, **********1 nömrəli abonent koduna hesablanmış 1097,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13.01,1966-cı ildə anadan olmuşdur. Hal-hazırda Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13-də qeydiyyatda olmaqla, orada yaşayır. Yaşadığı fərdi yaşayış evi ona məxsusdur. "xxxx" ASC tərəfindən həmin fərdi yaşayış evinə işıq xətti çəkilməklə sayğac quraşdırılmışdır. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və hər ay nə qədər borcu varsa onu vaxtından əvvəl, yəni karta ödəniş edərək istifadə edir. Qeyd edir ki, 06 may 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun xəbəri olmadan istifdəsində olan sayğaca (abonent kodu **********1) protokol yazmışlar və onun həmin protokoldan heç bir xəbəri olmamışdır. Daha sonra o terminalda pul ödəyərkən bilmişdir ki, istifadəsində olan, sayğac üzrə abonent koduna cərimə yazılmışdır. Bu barədə "xxxx" ASC-nin Hacıqabul və Şirvan filiallarına müraciət edərək barəsində tərtib edilmiş protokola etirazını bildirmişdir. Qeyd olunan qurumlardan ona verilən cavaba görə bildirilmişdir ki, akt əsasında hesablanmış borc ödənilməyəcəyi təqdirdə işıq xətti kəsiləcəkdir. Hal-hazırda, o ailə üzvləri ilə həmin ünvanda yaşayır. Bu vaxta qədər elektrik enerjisindən qanuna uyğun formada istifadə edib borcunu vaxtıvaxtında ödəmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş 06 may 2024-cü il tarixli, AKT R № 324467 nömrəli akt qanunsuz və əsassızdır. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinə yalnız əsassız olaraq hesablanmış borcun silinməsi hissəsində baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini qismən müdafiə edərək bildirdi ki, yaşadığı fərdi yaşayış evinə qanunsuz kənar xəttin qoşulmasını etiraf edir. Lakin itirilmiş elektrik enerjisinin dəyəri tənasübsüz şəkildə artıq hesablanmışdır. Belə ki, təxminən 15 gün müddətində kənar xəttdən istifadə etmişdir. Qeyd olunan məbləğ düzgün hesablanmadığından yenidən hesablanmasını xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə iddia tələbinə məktubla yazılı münasibət bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş və sübutlarını təqdim etmişdir. Məktubda bildirilmişdir ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı videoçəkiliş aparılmışdır. Videoçəkilişdən müəyyən edilir ki, abonent onun istifadəsində olan öncədən ödənişli Smart kart elektrik sayğacının daxili hissəsində faza xəttlərini birləşdirərək, birbaşa olaraq kənar xətt vasitəsilə X1 etmişdir. İtirilmiş elektrik enerjisinin dəyəri 1097,10 manat hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 324467 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********1 nömrəli abonent kodu) Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş qriflərinə əlavə xətt qoşulmaqla elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi aşkar edilmişdir. Həmçinin aktda xəttən axan yükün 0,8A təşkil edilməsi göstərilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı abonent hesabına (abonent kodu **********1) R324467 nömrəli akta əsasən 1097,10 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğacın ******* saylı plombu qırılmış vəziyyət olmuş və sayğaca kənar xətt qoşulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 324467 nömrəli aktda İddiaçı məxsus (**********1 nömrəli abonent kodu) Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsinin aşkar edildiyi qeyd olunmuşdur. İddiaçı özü də sayğaca kənar xətt qoşulmasını etiraf etmişdir. Lakin o, borcun tənasübsüz şəkildə artıq hesablanmasını əsas gətirərək artıq hesablanmış bocun silinməsini məhkəmədən xahiş edir. İş materiallarından müəyyən edildiyi kimi, sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, xəttən axan elektrik enerjisinin yükü 20 A təşkil edir. Qeyd olunan fakt və X1 qaydalarına müvafiq olaraq 30 günlük hesabat aparıldıqda (20Ax0,22x0,7x24saatx30gün=2200 kv/saat, diferensiallığa bölündükdə 200KV(0,8)-16manat+100KV(0,09)9manat+1918KV249,24 manat=274,29 manat) müəyyən edilir ki, borc məbləği 274,29 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, 274,29 manat aşkar edilmiş kənar xəttdən nəticəsində itirilmiş elektrik sərfiyyatının dəyərinə uyğun olmaqla qalan hissədə hesablanmış borc məbləği, yəni 822,81 (1097,10- 274,29) manat hissədə əsassız hesab edilməklə silinməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X1 Qaydalarının tələblərinə uyğun keçirilməklə, kənar xətt aşkar edildiyindən, lakin itirilmiş enerjinin dəyəri artıq hesablandığından, iddiaçının tələbi qismən haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 1097,10 manat borcdan əsasız hesablanmış 822,81 manat hissəsi silinməli, abonentin real borc məbləği 274,79 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13-də yaşayan abonent İddiaçı (abonent kodu **********1) elektrik sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324467 nömrəli akt əsasında hesablanmış 1097,10 (min doxsan yeddi manat on qəpik) manat borcdan 822,81 (səkkiz yüz iyirmi iki manat səksən bir qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi ündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-693/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-693/2024
30.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver