Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-7/2022 04.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, bacısı - xx.xx.1972-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanını iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-9/2021 nömrəli qərardadı ilə xx.xx.1972-ci il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 718 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-7/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə 12:00-a təyin edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Qarasu kəndində yaşayır. X1 xx.xx.1972-ci ildə anadan olmuşdur. 2011-ci ildən “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X8n konsultativ poliklinika şöbəsində “Oliqofreniya, ağır debillik dərəcəsində psixopatabənzər davranışla” diaqnozu ilə qeydiyyata alınmışlar. 2011-ci ildən X4 müddətsiz 2-ci qrup əlillik verilmişdir. O, hazırda bacısı Meyrənsənin onunla birlikdə yaşayır, ailə qurduğu gündən bu günə kimi bacısına qulluq edir. Bacısı ilə bağlı hər hansı sənədin əldə edilməsində çətinlik çəkir. Bacısının adından heç bir hərəkət edə bilmir. X4 daimi qulluq və qəyyumluq etmək lazım olur. Bacısına qəyyum təyin edilməsi üçün məhkəmə qaydasında bacısının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri, ekspert rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Çünki, 33 nömrəli TSEK-in xx.xx.2012-ci il tarixli 142088 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü X4 müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X8 Konsultativ Poliklinika şöbəsinin verdiyi xx.xx.2011-ci il tarixli 25 nömrəli ambulator xəstənin fərdi vərəqəsindən müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü X5 2-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8n xx.xx.2022-ci il tarixli 718 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X3 - orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X3 əqli gerilik orta dərəcədə ifadə olunduğundan və davranış pozuntuları ilə müşayiət edildiyindən öz psixi vəziyyətinə görə hərəkələrinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1972-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X5 (FİN 46T556M) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-7/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-7/2022
04.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver