Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-75/2023 23.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən işlətdiyi qazın dəyərini ödəyir. 08 iyun 2022-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış **********8 saylı qaz sayğacını açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. Həmin vaxt o, qaz idarəsinin əməkdaşlarında nə iş gördüklərini soruşduqda, ona sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyi bildirilmişdir. O, yeni qaz sayğacının quraşdırılmasının və aktda növbəti dövlət yoxlaması yazıldığının şahidi olmuş, bu səbəbdən də, aktı imzalamışdır. Sonradan qaz idarəsinin əməkdaşları onun evinə gələrək ona təbii qazdan istifadə qaydalarını pozduğunu və sayğacınız hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyini göstərərək xx.xx.2021 -ci il tarixli ******* saylı akt tərtib etmişlər. O, bu aktı imzalamaqdan imtina etmişdir. O, və ailə üzvlərinin sayğaca heç bir müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək və iddianın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun yaşadığı yaşayış sahəsinin qaz sayğacı iki dəfə dəyişdirilmişdir. Birinci dəfə 2021-ci ilin yay aylarında sayğacın istismar müddəti bitdiyi üçün qaz idarəsinin əməkdaşları gələrək sayğacı dəyişib elektron sayğac quraşdırmışlar. Sonradan xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və guya onun evinə quraşdırılmış əvvəlki sayğaca müdaxilə olunmuş və həmin akta əsasən onun abonent hesabına 144 manat borc hesablanmışdır. xx.xx.2022-ci il tarixdə isə quraşdırılmış sayğac yenidən çıxarılaraq yenisi ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixli aktı və həmin akt əsasında hesablanmış borc məbləğini əsassız hesab edir. Çünki, qaz sayğacı onun yaşadığı evin çöl tərəfində quraşdırılmışdır və nə o, nə də ailə üzvləri həmin sayğaca heç bir müdaxilə etməmişdir. Həmin sayğacın istismar müddəti də çoxdan keçmişdir. Sayğacın hansı şəraitdə müayinə olunması da ona məlum deyil. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zinner mexaniki tipli **********8 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli **********117 nömrəli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi debutor borca görə qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2021-ci il tarixli MSK 29/1710-04358-1 nömrəli rəyinə əsasən G4 markalı **********8 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (4 x 12 x 30=1440 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanda yaşayan abonent İddiaçıı oğlunun saldosundan görünür ki, iddiaçının abonent hesabına 2021-ci ilin noyabr ayı üçün qalıq və aktlar üzrə 144 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac ilk dəfə 2021-ci ildə yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və yivli birləşmələr korroziyaya uğrayıb. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 144 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 144 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, yivli birləşmələrin korroziyaya uğraması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, 11 il ərzində fasiləsiz işlədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 144 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2021 -ci il tarixli ******* saylı akt əsasında sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və yivli birləşmələrin korroziyaya uğraması kimi hallar sonradan aşkar olunduğundan və həmin hallara görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı abonent hesabına xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 144 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-75/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-75/2023
23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver