Məhkəmə qərarları › İş №2(071)-775/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-775/2024

11.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-775/2024 11.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə xx.xx.20234-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Əvvəla qeyd edilir ki, xüsusi icraat qaydasında verilmiş ərizə imzalanmamışdır. Bundan başqa ərizə xüsusi icraat qaydasında verildiyindən qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilməlidir. Həmçinin qeyd olunur ki, həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunmasına baxmayaraq, hazırkı ərizə iddia icraatı qaydasında deyil xüsusi icraat qaydasında verildiyindən, dolayısı ilə xüsusi icraat qaydasında barışıq sazışinin təsdiq edilməsi ilə bağlı ərizə verilməsinə görə dövlət rüsumundan azad edilmə halı qanunvericiliklə müəyyən edilmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilməlidir. İş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar