Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-80/2022 24.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 31.05.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 31.05.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 05.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi (Salyan RQİİ) tərəfindən “Təbii X3nın pozulması haqqında” 31.05.2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabıma əlavə edilmiş debitor borcun (691,20 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onun evinə 31.05.2018-ci il tarixdə quraşdırılmış qaz sayğacı Azəriqaz İb-nin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən tərtib edilən aktda sayğacda kənar müdaxilənin izlərinin aşkar edilmədiyi, lakin hesablama mexanizmi keçən qaz həcmini qeyd etmədiyi, sayğacın yivli birləşmələrinin korroziyaya uğradığını və klapının tam bağlanmaması qeyd edilmişdir. Bundan sonra onun evinə yeni sayğac quraşdırılmış və sayğaca 691,20 manat borc yazılmışdır. Onun hazırda borcu yoxdur. Lakin ondan 2018-ci ildən indiyə kimi tutulmuş ödəmə, yəni 691,20 manat vəsaiti geri qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Eyvazov X2 rayon Qızılburun kəndində yaşayır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən İddiaçı ünvanlanmış 18.11.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, 1102AQ**********3 nömrəli qaz sayğacı qaz sərfini qeyd etməməsi səbəbindən əvəzlənərkən, yaddaşında olan 227 m3 qalan kredit təbii qaz həcmi yeni qaz sayğacının yaddaşına daxil edilməmişdir. Beş ay sonra, yeni quraşdırılan sayğaca baxış keçirilmiş, heç bir qüsurun olmadığı halda çıxarılan sayğaca aid olan qüsurlar göstərilməklə “X3” nın pozulması haqqında akt tərtib edilmişdir. Akta əsasən hesabat aparılaraq 691,20 manat yeni sayğacın smart kartına daxil edilmiş və hesabatda sayğac dəyərinin ödənilməsi qeyd olunmuşdur. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X3" 5.4-cü bəndinin tələbinə əsasən sayğacın əvvəlki ayın orta günlük qaz sərfi nəzərə alınmaqla 23.11.2017-ci il tarixdən 20.12.2017-ci il tarixədək olan müddət nəzərə alnmaqla aparılmalı olduğu halda, əsassız olaraq qaz qurğularının günlük qaz sərfi 19,20 m3/saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz həcmi 3456 m3, dəyəri 691,20 manat hesablanaraq smart kaıta daxil edilmişdir. Nəticə olaraq, "Salyan" RQİİ-nin nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş "X3" nın 4.8-ci; 4.9-cu; 5.4-ci bəndlərinin tələbləri pozulduğundan, əsassız hesablanmış 691,20 manat məbləğin abunəçinin fərdi qaz hesabından silinməsi, 227 m3 qaz həcminin yeni sayğacın smart kartına daxil edilməsi, hesabatın 23.11.2017-cİ il tarixdən 20.12.2017-ci il tarixədək "X4"nın 5.4-cü bəndinə uyğun aparılması və sayğac dəyərinin abunəçidən tələb olunmaması məqsədilə “Salyan" RQİİ-nin rəhbərliyinə müvafiq göstəriş verilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı 23.11.2017ci il tarixdən 20.12.2017-ci il tarixədək olan müddətdə keçən qazın həcmini qeyd etmədiyindən 23.11.2017-ci il tarixdən 20.12.2017-ci il tarixədək olan müddət nəzərə alnmaqla aparılmalı olduğu halda, əsassız olaraq qaz qurğularının günlük qaz sərfi 19.2 m3/saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz həcmi 3456 m3, dəyəri 691,20 manat hesablanaraq smart karta daxil edilmişdir. İddiaçı hesabına hər hansı qşanunsuz borc yazılmamışdır və 31.05.2018-ci il tarixli akta əsasən əvvəlki qaz sayğacı yenisi iləəvəz edilmiş, həmin akta əsasən iddiaçıya hər hansı bir borc yazılmamışdır. İddiaçının 2018-2021-ci ilə kimi hissə-hissə ödədiyi cəmi 691,20 manat vəsait isə onun təbii qazdan istifadə etməsinə silinmişdir. Bu isə onun istifadə etdiyi təbbi qazın dəyəridir və abunəçi tərəfindən ödənilmişdir. Hazırda ondan əlavə pul tələb edilmir. İstifadə etdiyi qazın dəyəri isə abunəçiyə geri qaytarılmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 31.05.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-80/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-80/2022
24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver