Məhkəmə qərarları › İş №2(071)-806/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-806/2024

17.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-806/2024 17.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs X1 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X1 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəmə müraciət edərək, mülki iş üzrə xüsusi icraat qaydasında verilmiş ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. O, izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, X2 ilə aliment ödənişinə dair mediasiya prosessində barışıq sazişibağlamışlar, həmin sazişə uyğun olaraq hər ay alimenti vaxtlıvaxtında ödəyir. Ona görə də ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçini dinləyib hesab edir ki, ərizənin geri qaytaılmasına dair vəsatət təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən xüsusi icraat qaydasında verilmiş ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, ərizə baxılmamış saxlandığından ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs X1 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar