Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-820/2025 08.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış borc pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********000 olmaqla cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su ilə təmin olunmaqdadır. Həmişə istifadə etdiyi suyun pulu iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan su ilə təmin olunub. Cavabdeh tərəfindən uzun müddət bundan öncə ünvanına smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı həmişə marketlərdə olan terminallarda smart karta pul yükləyərək kartı sayğaca daxil edib, daha sonra kartda olan məbləği sayğaca yükləyib və sudan istifadə edirdi. Lakin 3 ay bundan öncə eyni qaydada su smart kartına pul yükləmək istədikdə bunun mümkün olmadığını görmüşdür və dərhal bu barədə Azərbaycan Dövlət Su X2 rayon Su İdarəsinə müraciət etmişdir. Hacıqabul Rayon Su İdarəsinin məsul əməkdaşları tərəfindən iddiaçıya bildirildi ki, " tərəfdən bu bizim həyata keçirilib ona görə ki, sənin elektron su sayğacın mexaniki su sayğacına keçirilməsi və yeni abonent kodu verilməsi nəzərdə tutulmuşdur”. İddiaçı öz növbəsində onlara bildirdi ki, “mən su istifadə edə bilmirəm”, ondan sonra Hacıqabul rayon Su İdarəsinin texniki işçiləri onun ünvanına gələrək sayğacın içərisini çıxararaq iddiaçıya, “hələlik müvəqqəti olaraq sudan bu formada istifadə et, çox qısa müddət ərzində ünvanına yeni mexaniki sayğac quraşdırılacaq və yeni abonent kodu veriləcək” deyilmişdir. Lakin, 3 ay keçməsinə baxmayaraq idiaçının ünvanına yeni sayğac quraşdırılmadı. O, üç aydan sonra yenidən Hacıqabul rayon Su İdarəsinə ünvanına yeni sayğac quraşdırılması barədə müraciət etdikdə idarənin işçiləri tərəfindən ona bildirildi ki, iddiaçının 356,10 manat məbləğində su borcu var və ona yeni **********000 abonent kodu vermişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, həmişə terminal vasitəsi ilə smart karta pul yükləyərək sudan istifadə edirmiş, sonuncu dəfə eyni qaydada pul yüklədiyi zaman bu prosesin mümkün olmadığı ona məlum olmuşdur. Bu barədə "xxxx" ASC-nin əməkdaşlarına məlumat verilmişdir. 2 ay ərzində smart kart olmadan sudan istifadə etmişdir. Ona yeni smart kart təqdim olunduğu zaman 356 manat borc məbləği hesablanaraq verilmişdir. İddiaçı onun 2-3 ay ərzində bu qədər suyu istifadə edə bilməsinin mümkünsüz olduğunu hesab edir. Çünki onun aylıq su sərfiyyatı maksimum 15-20 manat civarında olur. "xxxx" ASC-nin əməkdaşı ona bildirmişdir ki, abonentin borcu 3 ay ərzində ödənilmədiyi zaman abonentə xəbərdarlıq edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. İddiaçı qeyd etdiyi Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında "Abonent kodu: **********000" olmaqla idarə tərəfindən smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən həmin müddət şəxsin borcu olmayıb. 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilərək üzəri oxunanda 2920 kub qeyd edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, sayğacın elektron hissəsi bir neçə il əvvəl xarab olmuşdur. Həmin elektron hissə sıradan çıxdığı dövrdən bəri borcun hesablanmasını sayğacın mexaniki hissəsi həyata keçirmişdir. Belə ki, vətəndaş sudan istifadə etdiyi məbləğdən daha az ödəmişdir. Bu barədə vətəndaş məlumatlandırılmamışdır. Vətəndaşın təqsiri yoxdur. Sayğacda isə heç bir problem yoxdur. Burada vətəndaşa hesablanmış borclar tam qanunidir və vətəndaşın istifadə etdiyi suyun dəyəri miqdarındadır. Axırıncı dəfə 2025-ci ilin avqust ayında abonentin sayğacı oxunmuş və onun borcu 362.10 manat olduğu müəyyən edilmişdir. Ümumiyətlə İddiaçı ünvanına quraşdırılmış sayğacı mexaniki sayğaca keçirilərkən elektron sistemi çıxarılmış və sayğaca başqa heç bir müdaxilə edilməmişdir. Sayğacın mexanizmi düzgün formada işləyir və heç bir qanundan kənar proses baş veməmişdir. Etiraz ərizəsində də bildirilmişdir ki, abonentin sayğacla bağlı narazılığı varsa istənilən vaxt sayğac vətəndaşın və məhkəmədə çalışan əməkdaşların işirakı ilə sökülə və ekspertizaya göndərilə bilər. Vətəndaşdan borcu birdəfəlik ödənilməsi tələb olunmur. Belə ki, iddiaçı borcu hissə-hissə aylıq 10-20 manat olaraq ödəyə bilər. Yaranmış problemdə heç kimdə təqsir yoxdur və yaranmış borc tam qanunidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti Publik Hüquqi X8 X1 İdarəsinin rəisi X4 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan etiraz ərizəsində bildirilmişdir ki, "publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X3 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlet Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X5 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. İddiaçı qeyd etdiyi Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında Abonent kodu **********000 olan idarə tərəfindən smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən həmin müddət şəxsin borcu olmayıb. 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilərək üzəri oxunanda 2920 kub qeyd edilmişdir. İddiaçı suyun pulunu illər üzrə, yəni 2020-ci il il üzrə ödənişi 64 manat, 2021-ci il üzrə 84 manat, 2022-ci il tarixdə 9 manat, 2023-cü il tarixdə 5 manat, 2024-cü il tarixdə 15 manat, 2025-ci il tarixdə 12 manat ödəniş etmişdir. Axrıncı dəfə 2025-ci ilin avqust ayında abonentin sayğacı oxunmuş və onun borcu 362.10 manat olduğu müəyyən edilmişdir. Ümumiyətlə İddiaçı ünvanına quraşdırılmış sayğacı mexaniki sayğaca keçirilərkən elektron sistemi çixarılmış və sayğaca başqa heç bir müdaxilə edilməmişdir. Sayğacın mexanizmi düzgün formada işləyir və heç bir qanundan kənar proses baş verməmişdir. Abonentin sayğacla bağlı narazılığı varsa istənilən vaxt sayğac vətəndaşın və məhkəmədə çalışan əməkdaşların işirakı ilə sökülə və ekspertizaya göndərilə bilər. Bütün bunları nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “ADSEA” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, 1. ünvan 4 ünvanına xx.xx.2025-ci il tarixdə ilkin göstərici 2920 kub olmaqla “Alfasu-20” markalı, 50055740 nömrəli sayğac quraşdırılmışdır. 2. Şəxsin abonent kodu **********000 olmaqla göstərilmişdir. 3. Şəxsin illər üzrə ödənişləri 2020-ci il il üzrə ödənişi 64 manat, 2021-ci il üzrə 84 manat, 2022-ci il tarixdə 9 manat, 2023-cü il tarixdə 5 manat, 2024-cü il tarixdə 15 manat, 2025-ci il tarixdə 12 manat olaraq göstərilmişdir. 4. Abonentin bu günə olan yekun debitor borcu 356,10 manat olmuşdur. Beləliklə, iş materialları, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında Abonent kodu **********000 olan smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən həmin müddət şəxsin borcu olmayıb. 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, sayğacın elektron hissəsi bir neçə il əvvəldən yararsız olmuşdur. Bu illər ərzində borcun hesablanması sayğacın mexaniki hissəsi tərəfindən həyata keçirilmişdir. Odur ki, hesablanan borc debitor borcudur və əsaslıdır. Borcun silinməsi barədə iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 6.4.-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qərarın 6.10.-ci maddəsinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.15-ci maddəsinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği cərimə borcu deyildir. Şəxsin sudan istifadəsinə əsasən hesablanan debitor borcudur. Bu borc qanuni və əsaslı olaraq hesablandığı üçün borc silinməməli və tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-820/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-820/2025
08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver