Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-821/2025 14.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə (“Abonent kodu: **********00000”) əsassız olaraq borc kimi yazılmış olan 347,87 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda “Abonent kodu: **********00000” olmaqla cavabdeh X1 tərəfindən qaz ilə təmin olunmaqdadır. Həmişə istifadə etdiyi qaz sərfiyyatının pulu iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qaz ilə təmin olunub. Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanın qazı kəsilərək sayğaca blom vurulmuş və iddiaçı yaşamaq üçün həyat mənbəyi olan qazdan istifadə edə bilmir. İddiaçı bu barədə Hacıqabul Rayon Qaz İdarəsinə müraciət etdikdə ona bildirdilər ki, 347,87 manat məbləğində borcu var və bu səbəbdən qaz kəsilmişdir. Həmçinin borc barəsində iddiaçıya qəbz təqdim etdilər. Bildirir ki, cavabdehin tələb etdiyi borc və təqdim etdiyi borc barədə qəbz əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmişə yaşadığı ünvanda istifadə etdiyi qaz sərfiyyatına görə ödənişlərini vaxtı-vaxtında ödəmiş və heç vaxt onun borcu olmamışdır. Azəriqaz İB-nin son zamanlarda vətəndaşlara əsassız olaraq borc yükləməsi geniş vüsat almışdır. İddiaçı borc barədə hər hansı bir sənədin tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də iddiaçı harasa dəvət olunmamışdır. 347,87 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 347,87 manatın Azəriqaz İB tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, abonent kodu **********00000 olan istehlakçı İddiaçı ünvanına xx.xx.2021-ci il tarixdə Zenner G4T mexaniki tipli, **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2025-ci il tarixdə isə İddiaçı ümumilikdə 125,11 manat borc hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB tərəfindən vətəndaşa təqdim edilmiş borc barədə bildiriş qəbzinin surətindən müəyyən edilmişdir ki, istehlakçı İddiaçı 374,87 manat yekun borcu vardır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən faktları təsdiq edən sübut qismində sadəcə olaraq Azəriqaz İB tərəfindən vətəndaşa təqdim edilmiş borc barədə bildiriş qəbzinin surətini təqdim etmişdir. Sözügedən qəbz məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmədiyindən vətəndaşın abonent hesabına hesablanmış debitor borcunun silinməsi məhkəmə tərəfindən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi tələbləri sübut edən faktları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-821/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-821/2025
14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver