Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-824/2024 10.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 331559 nömrəli aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 1039,08 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi uzun illərdir mülkiyyətində olmaqla, ailə üzvləri, yəni övladları və nəvələri, həyat yoldaşı onunla birlikdə həmin evdə yaşayır. Mülkiyyətində olan fərdi yaşayış evinə Hacıqabul rayonunun Nəvahi kəndinə ilk dəfə "xxxx" ASC tərəfindən smarttipli sayğaclar quraşdırılan zaman onun da ünvanına smarttipli sayğac quraşdırılmış və **********00045 nömrəli abonent kodu açılmışdır. Həmin gündən bu günə kimi smartkarta pul vəsaiti yükləyərək istifadə edir. xx.xx.2024-ci ildə “Azərişıq'’ ASC-nin aparıcı mühəndis A.Nəbiyev, nəzarət mühəndisi S.Şirinov və nəzarət mühəndisi Ş.Abbaslı onun və ailə üzvlərinin iştirakı olmadan sayğaca və həmin sayğaca birləşdirilmiş xəttə baxış keçirmişlər. Ona hər hansı məlumat vermədən ünvanında olan **********3 nömrəli sayğaca gələn elektrik enerjisi xəttin dirəkdən açılmasına göstəriş vermişlər. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC-nin Hacıqabul EŞ-nin əməkdaşları tərəfindən yazılan “AKT” əsasən elektrik enerjisinin təchizatı dayandırılmışdır. Həmçinin məlum olmuşdur ki, "xxxx" ASC əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2024-ci il tarixli 331559 nömrəli akta əsasən 1039,08 (min otuz doqquz manat səkkiz qəpik) manat cərimə hesablanmışdır. Eyni zamanda aktda aşkar edilmiş qüsur kimi qeyd edilmişdir ki, “Sayğaclara baxış keçirən zamanı məlum oldu ki, abonent sayğacdan kənar xətt həyatyanı sahədə olduğundan sayğacsız yükü ölçmək mümük olmadı. Naqilin en kəsiyi 2*10 mm2. Kənar xətt ləğv edilsin”. Göründüyü kimi, hansı dövr üzrə borc hesablanması aktda göstərilməmişdir. Baxmayaraq ki, kənar xəttin onun fərdi yaşayış evinə heç bir adiyyatı yoxdur. Qeyd edilmişdir ki, invoysa baxdıqda hər ay sayğaca açıq-aşkar nə qədər vəsait yüklənməsini görmək mümkündür. Hazıradək isə mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğacda hər hansı bir qanun pozuntusu aşkar edilməmiş, eyni zamanda "xxxx" ASC tərəfindən ümumi istifadə üçün kəndə çəkilən xəttə hər hansı bir müdaxilə olunması mümkün deyildir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi və tələbin həcminin azaldılması barədə ərizə verərək, Hacıqabul Rayon Nəvahi kəndində yerləşən ona məxsus fərdi yaşayış evində elektrik enerjisinin sərfiyyatı ilə bağlı tərtib edilmiş xx.xx.2024-ci il tarixli 331559 nömrəli akta əsasən hesablanmış 932 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilən video materiallarda sözü gedən sayğacın ümumiyyətlə ona məxsus fərdi yaşayış evinə aid olmasını təsdiq edən sübut yoxdur. Bununla belə görüntülər gecə vaxtı qeydə alınmaqla onun və ya ailə üzvünün iştirakı ümumiyyətlə təmin edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən təqdim edilən videogörüntünün mötəbər sübut olaraq qəbul edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu qaydasında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 331559 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00045 nömrəli abonent kodu) Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə olunması aşkar edilmişdir. Sayğacdan kənar xətt həyətyanı sahədə olduğundan sayğacsız yükü ölçmək mümkün olmamışdır. Naqilin en kəsiyi 2x10 mm2 olduğu müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən iddia tələbinə münasibət bildirilərək xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuş və müvafiq videoçəkiliş aparılmışdır. Buna əsasən EEİQ-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədilə həmin tarixli 331559 nömrəli akta əsasən 1039,08 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Həmin akt üzrə yaranmış borc məbləği üzrə abonent tərəfindən 107,08 manat ödəniş olunmuşdur. Abonent İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 932 manat məbləğində ödənilməmiş borcu vardır. Məktuba əlavə edilmiş abonentin soldosundan müəyyən edilir ki, abonent İddiaçı abonent hesabına (abonent kodu **********00045) xx.xx.2024-cü il tarixli 331559 nömrəli akta əsasən hesablanmış borc məbləğindən 932 manat məbləğində ödənilməmiş borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca kənar xətt qoşulmuşdur. Sayğacdan kənar xətt həyətyanı sahədə olduğundan sayğacsız yükü ölçmək mümkün olmamışdır. Həmçinin videogörüntülərdən müəyyən edilir ki, baxış axşam saat 21:00 radələrində aparılmış, lakin monitorinqin gecə saatlarında aparılması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bundan başqa, görüntüdən baxışın Gözəlov Cəlal və Şirinov Seymur adlı şəxslər tərəfindən həyata keçirilməsi qeyd edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixli 331559 nömrəli aktı tərtib edənlər 3 nəfər göstərilməklə həmin şəxslər tərəfindən imzalansa da, aktı tərtib edənlər arasında ümumiyyətlə Gözəlov Cəlalın adı qeyd edilməmişdir ki, bu hal özü-özlüyündə aktda qeyd olunan məlumatların mötəbərliliyini şübhə altına alır. Eyni zamanda görüntüdən müəyyən edilir ki, istehlakçının yaşadığı evdə işiq yanmasına baxmayaraq, onun baxışda iştirakının təmin edilməsi üçün lazımı tədbirlər görülməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, baxış zamanı yükü ölçmək mümkün olmadığından itirilmiş elektrik enerjisinin hesablanması da qeyri-müəyyən olmaqla, akt əsasında hesablanan borc da mötəbər ola bilməz. Qeyd edilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli R 331559 nömrəli aktda İddiaçı məxsus (**********00045 nömrəli abunə kodu) Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinin aşkar edildiyi qeyd olunmuşdur. Sayğacdan kənar xətt həyətyanı sahədə olduğundan sayğacsız yükü ölçmək mümkün olmamışdır. Sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsinin iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, abonent (abonent kodu **********00045) İddiaçı məxsus Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 331559 saylı akt əsasında hesablanmış borcdan qalıq qalan 932 (doqquz yüz otuz iki) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent (abonent kodu **********00045) İddiaçı məxsus Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 331559 saylı akt əsasında hesablanmış borcdan qalıq qalan 932 (doqquz yüz otuz iki) manat borc məbləği silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-824/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-824/2024
10.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver