Məhkəmə qərarları › İş №2(071)-852/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-852/2022

20.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-852/2022 20.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən abonent hesabına əsassız olaraq əlavə edilmiş 353,65 manat borcun onun **********2 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Tava kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin kəndin yaxınlığında özünə məxsus ferması var. Həmin fermaya "xxxx" ASC tərəfindən işıq xətti çəkilərək, sayğac onun adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir istifadə edir və aylıq elektrik enerjisinə olan borcunu vaxtı-vaxtında ödəyir. Bu günə qədər elektrik enerjisindən istifadəyə gürə heç bir borcu olmamışdır. 2013-2015-ci illər arasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun xəbəri olmadan transformator olmadığı halda, onun adına əsassız olaraq TM itkisi yazılmışdır. 2013-cü ilin noyabr ayından 2018-ci ilin aprel ayına kimi 3362 kvt, 203,71 manat dəyərində TM itkisi hesablanmışdır. Bundan əlavə 2014-cü ilin may ayından iyun ayına keçid zamanı debitor borc 149,94 manat süni olaraq artmış və nəticədə ona 353,65 manat debitor borc yazılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı məxsus Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən Fermaya transformator quraşdırılmadığı halda, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək əsassız olaraq ona TM itkisinə görə borc yazılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq, "xxxx" ASC-yə aid ETAİS proqram bazası dövründə yaranmış 378,75 manat borca baxılması, əssasız olaraq abonent dövriyyəsinə daxil edilmiş transformator itikisinə görə yaranan 6,86 manat borcun silinməsi məqsədi ilə "xxxx" ASC-yə məktub ünvanlanmışdır. "xxxx" ASC cavab məktubunda Transormator itkisinə görə yaranan 6,86 manat borcun silindiyini, qalan 363,58 manat borcun isə istehlak edilmiş elektrik enerjisinin dəyərinə uyğun yarandığını bildirilmiş, lakin ETAİS proqram bazası dövründə yaranmış 378,75 manat borcun yaranma səbəbi ilə bağlı müvafiq sənədlər təqdim edilmədiyi göstərilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fermaya transformator quraşdırılmadığı halda xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək əsassız olaraq TM itkisinə aid hesablanmış 353,65 manat borc İddiaçı **********2 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fermaya transformator quraşdırılmadığı halda, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək əsassız olaraq TM itkisinə aid hesablanmış 353,65 manat borc İddiaçı **********2 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar