Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-854/2022 30.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadəyə görə əsassız olaraq onun abonent hesabına əlavə edilmiş 2.433 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlilidir, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. X1 da Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayır. O, anası ilə birlikdə yaşamasa da, həmin evə "xxxx" ASC tərəfindən işıq xətti çəkilərkən quraşdırılmış sayğac onun adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, anası istifadə edir və o, elektrik enerjisindən istifadəyə görə yaranmış aylıq borcu vaxtında ödəyir. Bu günə qədər onların elektrik enerjisindən istifadəyə görə borcları olmamışdır. 2022-ci ilin may ayında "xxxx" ASC-nin əməkdaşları ona elektrik enerjisindən istifadəyə görə 2.433 manat borcunun yaranması barədə bildiriş vermişlər. O, həmin sayğacın 2016-cı ildə quraşdırıldığını, anasının 71 yaşında təqaüdçü olduğunu, elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu həmişə vaxtında ödəmişdir. Ona əsassız olaraq 2.433 manat borc yazılmışdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında yazılı etiraz təqdim etdi və izahatında bildirdi ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz edilmişdir. Lakin abonent, üzərinizə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmış, istifadə etdiyi elektrik enerjisi üzrə borcunu tam ödəməmişdir. Hazırda ümumilikdə abonentin ödənilməmiş 2.433 manat debitor borcu vardır. Hətta yaranmış borc məbləği ödənilmədiyi üçün “EEİQ”nin 9.13.2-ci bəndinin tələblərinə uyğun olaraq yaşayış evinə elektrik enerjisi verlişi dayandırılmış və abonent müəyyən ödənişləri etdikdən sonra xətt şəbəkəyə qoşulmuşdur. Bundan əlavə abonent yaranmış borc məbləğindən ödənişlər etməklə, öhdəliyini qismən icra etmişdir. Hazırkı dövrədək abonent tərəfindən yaranmış borc məbləğinə dair rəsmi və ya şifahi olaraq enerjitəchizatı müəssisəsinə borc barədə pretenziya təqdim olunmamışdır. Abonent qalıq debitor borcunu ödəməkdən yayınmış və bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. Həmçinin abonent İddiaçı elektrik enerjisinin dəyərini vaxtında ödənilmədiyi üçün "xxxx" ASC-nin maliyyə durumunu pisləşdirməklə bərabər Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərini də pozmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarını pozan istehlakçıların enerji təchizatının dayandırılması barədə 047 nömrəli aktdan müəyyən edilir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə abonent İddiaçı adına quraşdırılmış işıq sayğacı (abunə kodu **********0215) elektir enerjisindən istifadəyə görə yaranmış 2.433 manat borca görə açılmışdır. Sayğac açılarkən son göstəricisi 37049 olmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş abonentin saldosundan müəyyən edilir ki, İddiaçı abunə hesabına elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixdə 1.448,24 manat və 890,15 manat olmaqla, ümumilikdə 2.338,39 manat borc yazılmışdır. xx.xx.2021-ci il tarixli Ə 021097 nömrəli vəsiqədən müəyyən edilir ki, İddiaçı İİ qrup müharibə əlilidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı abunə hesabına elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixdə 1.448,24 manat və 890,15 manat olmaqla, ümumilikdə 2.338,39 manat borc cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən əsassız olaraq yazılmışdır. Belə ki, İddiaçı abunə hesabına yay aylarında az məbləğdə, qış aylarında isə yay aylarına nisbətən elektrik enerjisindən istifadəyə görə artıq borc yazılmışdır. Lakin buna baxmayaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək heç vaxt bu qədər böyük məbləğdə borc yazılmamış, İddiaçı ən çoxu xx.xx.2022-ci il tarixdə 200 manat elektrik enerjisindən istifadəyə görə borcu yaranmışdır. Həmin evdə İddiaçı anası tək yaşayır. İddiaçı anası təqaüdçüdür. Təqaüdçü bir qadının bir ay ərzində bu qədər elektrik enerisindən istifadə etməsi reallığa uyğun deyildir. Üstəlik bu məbləğ qış aylarında deyil, yaz ayında yazılmışdır. Yəni bir ay ərzində abonentin 2.338,39 manat həcmində elektrin enerjisi sərf etməsi qeyri-mümkündür. Abonentinin ondan əvvəlki və sonrakı aylarda sərfiyyatı stabil olmaqla 8-12 manat arasında olmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abunə hesabına xx.xx.2022-ci il tarixdə yazılmış ümumilikdə 2.338,39 manat borcdan həmin ay üçün istifadə edilmiş elektrik enerjisinin əvəzi olaraq 38,39 manat pul çıxılmalı və İddiaçı abunə hesabından ona əsassız olaraq yazılmış ümumilikdə 2.200 manat borc silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Hacıqabul rayonu Muğan qəsəbəsindəki evinə - **********00215 nömrəli abunə hesabına xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən əsassız olaraq yazılmış ümumilikdə 2.200 (iki min iki yüz) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-854/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-854/2022
30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver