Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-864/2024 12.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi Cəmallədin qızının, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Cəmallədin qızının (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Cəmallədin qızı (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-00505 saylı Barışıq Sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi X2 Maraqlı şəxs ilə birgə nigah münasibətlərindən doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci təvəllüdlü X7 adlı iki uşağları vardır. Aliment tələbi ilə bağlı Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Belə ki, Sabirabad rayon 1 saylı X1 şəhər üzrə mediatoru A.Əsədova xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-00505 saylı “Barışıq Sazişi” əsasında o ərizəçi ilə maraqlı şəxs arasında müqavilə bağlanılmış və tərəflər, yəni maraqlı şəxs üzərinə öhdəliklər götürmüşdür. Lakin bu günə kimi maraqlı şəxs “Barışıq Sazişi”- dən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də, ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-00505 saylı “Barışıq Sazişi”-nin təqsdiqlənməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi tərəfindən alimentin məbləğinin müəyyən edilməsi təklifi ilə maraqlı şəxsə mediasiya qrumunda razılığa gəlinməsini bildirmişdir. Maraqlı şəxs etiraz etmədiyindən Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Mediasiya sessiyasında ərizəçi və maraqlı şəxs olaraq aliment məbləği ilə bağlı qarşılıqlı razılığa gəlinmişdir. Mediasiya təşkilatı tərəfindən barışıq sazişi verilmişdir. Lakin buna baxmayaraq maraqlı şəxslə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-00505 saylı “Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etmir və onunla birgə nigahdan dünyaya gəlmiş uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 100 manat olmaqla, ümumilkidə cəmi 200 manat sabit pul məbləğində ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır, demək olar ki, qəti şəkildə əməl etmir. Ərizəçi hal-hazırda Hacıqabul rayonunda yaşadığından, həmçinin himayəsində azyaşlı uşağı olduğundan Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinin tələblərinə əsasən Hacıqabul rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi Cəmallədin qızı ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs aliment borcunu ödəmir və özüdə kirayədə yaşayır. 4 aydır ki, aliment ödəmir. Aprel ayına qədər ödəniş etmiş lakin sonradan son 4-cü aydır ki, maraqlı şəxs ödəniş etməmişdir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, son aylarda ödəniş edə bilməmişdir. Hər ay 100 manat ödədiyini lakin son aylarda imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Cəmallədin qızı və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci təvəllüdlü X3 atası Maraqlı şəxs, anası isə Ərizəçi Cəmallədin qızıdır. İş materiallarında olan Ərizəçi Cəmallədin qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Bədəlov X4 Firuzə Cəmallədin qızı ilə nikahından doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci təvəllüdlü X3 yetkinlik yaşılarına çatana kimi saxlanılması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimenti Ərizəçi Cəmallədin qızına ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağların saxlanılması üçün hər ay 100 manat ödənilməli olan sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarıı üçün hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Cəmallədin qızı və Maraqlı şəxs arasında “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-00505 nömrəli barışıq sazişinin alimentin ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi Cəmallədin qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-864/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-864/2024
12.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver