Məhkəmə qərarları › İş №2(071)-91/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-91/2023

28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-91/2023 28.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Mirağa oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Mirağa oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mirağa oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1yə görə əsassız olaraq, onun abonent hesabına əlavə edilmiş 670 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu 2-ci Udulu kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin evə "xxxx" ASC tərəfindən işıq xətti çəkilərək, sayğac onun adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və X1yə görə yaranmış borcunu vaxtı-vaxtında ödəyir. Bu günə qədər onun "xxxx" ASC-nə borcu olmamışdır. Lakin 07 sentyabr 2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları onun xəbəri olmadan onun adına olan sayğacdan əlavə xətt çəkmiş və sonradan həmin xətti çəkiliş edərək aktlaşdırmışlar. Bu akt nəticəsində onun adına 793 manat borc yazılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Mirağa oğlu iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun əlavə işıq xətti olmasa da "xxxx" ASC-nin əməkdaşları ona əlavə işıq xəttindən istifadə etdiyini bildirərək əsassız olaraq xx.xx.2022-ci il tarixli, 266906 nömrəli akt tərtib etmişlər. Həmin akt tərtib olunan zaman onun və ya ailə üzvlərindən heç kimin iştirakı olmamış və o, həmin aktı imzalamamışdır. Bundan başqa qeyd edir ki, aktda göstərilən işıq xətti su nasosuna quraşdırılmışdır və həmin su nasosu bütün il ərzində deyil, yalnız təsərrüfatda zamanı istifadə olunur. Bu səbəbdən su nasosu üçün qanunsuz elektrik xətti çəkilməsi barədə mülahizələr tamamilə əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdeh tərəfindən onun abonent hesabına əsassız olaraq hesablanmış 793 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Hacıqabul rayon ərazisində yerləşən İddiaçı məxsus elektrik təsərrüfatına xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən olunmuş və EEİQ-na əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli 266906 saylı akt tərtib edilmişdir. Daha sonra "xxxx" ASC-nin Akt komissiyası tərəfindən dəymiş ziyan 793,50 manat dəyərində hesablanmışdır. Tərtib olunmuş 266906 saylı aktdan da görünür ki, hesabat yalnız kənar xətt üzrə aparılmış və bu zaman heç bir qayda pozuntusuna yol verilməmişdir. Bu hal da onu göstərir ki, abonent sərəncamında olan elektrik ölçü sayğacını mövcud qaydalara uyğun istifadə etməmiş və kənar xətt çəkərək elektrik enerjisindən qeyri qanuni istifadə edilmişdir. Sözü gedən obyektə baxış keçirilməsi zamanı tərtib olunmuş akt və icra vərəqəsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Çünki həqiqətən də, həmin obyektdə kənar xəttin olması əməkdaşlar tərəfindən müəyyən edilmiş və həmin kənar xəttin dərhal ləğv edilməsi tapşırığı verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X2 əməkdaşları R.Mehtiyev, İ.Xankişiyev və D.Həşimov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 266906 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə İddiaçı Mirağa oğluna məxsus (**********00449 nömrəli abonent kodu) Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman sayğacdan keçən kənar xətt aşkar edilmişdir. Aktda naqilin en kəsiyi 4x16 mm2 olması və kənar xəttin ləğv olunması göstərilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Mirağa oğlunun abonent hesabına (abonent kodu **********00449) R 266906 nömrəli akt əsasında ümumilikdə 793,50 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 266906 nömrəli akta əsasən İddiaçı Mirağa oğluna məxsus (**********00449 nömrəli abunə kodu) Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində təsərrüfatda istifadə edilməsi üçün su nasosuna quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, su nasosuna quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi və həmin xəttin ləğv edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və EEİQ-nın 8.17-2-ci bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsindən pozuntu faktını təsdiq edə biləcək foto və videoçəkiliş tələb edilsə də, cavabdehin nümayəndəsi bu barədə sübutlarını məhkəmə iclasında təqdim edə bilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində təsərrüfatda istifadə edilmək üçün nəzərdə tutulan su nasosuna quraşdırılmış elektrik sayğacına cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 266906 nömrəli akt əsasında hesablanmış 793 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli R 266906 nömrəli akt əsasında hesablanmış İddiaçı Mirağa oğlunun abonent hesabına (abonent kodu **********00449) "xxxx" ASC tərəfindən hesablanmış 793 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar