Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-929/2023 12.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evə qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib. 2021-ci il tarixdə həqiqətən sayğaca müdaxilə olunduğundan 518,20 manat cərimə edilmişdi. 2023-cü ilin yanvar ayında həmin ünvanda qaz sayğacını yenisi ilə əvəz etdilər və ona təhvil verdilər. Həmin gündən bu günədək sayğaca heç bir müdaxilə olunmamışdır. Hazırda həmin evdə uzun müddətdir ki, yaşayış olmadığı üçün sonuncu dəfə evə baş çəkməyə gedən zaman azəriqaz istehsalat birliyinin işçiləri onun qaza ümumillikdə 1950 manat borcunun olduğunu bildirdilər. O öz növbəsində həmin borcun haradan və necə yarandığını öyrənmək üçün “Azərqaz” İB-nin Hacıqabul rayon şöbəsinə getmiş, orada ona xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirilmiş ******* saylı akt təqdim edilmiş və həmin aktda qeyd edilmişdir ki, 2021-ci ildə etdiyi müdaxilə və həmin müdaxiləyə görə artıq birdəfə cərimə edilməyinə baxmayaraq, yenidən xx.xx.2023-cü il tarixdə həmin əsasları qeyd edərək ikinci dəfə 1555,20 manat cərimə olunduğunu qeyd etmişlər. O “Azərqaz” İB-nin Hacıqabul rayon şöbəsinin rəhbərliyinə və digər məsul işçilərinə öz iradını: bir dəfə etdiyi xətaya görə niyə ikinci dəfə cərimə olunduğunu soruşduqda ona heç bir cavab verə bilməyib ona məhkəməyə müraciət etməyini məsləhət bildirdilər. O, “Azərqaz” İB-nin Hacıqabul rayon şöbəsinə məhkəməyə müraciət etmək üçün lazım olan sənədləri tələb etmiş və ona “Abonentin Saldosu” deyilən bir arayış verildiyini bildirdi. Həmin arayışdan aydın şəkildə görünür ki, 2021-ci ildə olunan cərimə 01.2022-ci il tarixdə artıq sistemə vurulmuş və onun adında cərimə kimi göstərilir. Elə həmin Saldo sənədində onun digər cəriməsi olunması isə 2023-cü ilin aprel ayında yox 2023-cü ilin mart ayında sistemə qeyd edilmişdir. “Abonentin Saldosu” adlı arayışdan görünür ki, Cavabdeh İB-nin Hacıqabul rayon şöbəsinin işçiləri ona əsassız olaraq yenidən cərimə yazmışlar. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 adına qeydə alınmış Zenner G4 markalı **********2 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********799 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi abonentin borcu olduğu göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Zenner G4 markalı **********2 nömrəli sayğacda plastmas qapağın üst hissəsi deşici alət ilə deşilib və dişli çarxın üzərində əzik cızıq izləri var. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə mane törədilib. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-298-1 nömrəli rəyinə əsasən G-4 markalı **********2 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşilib və dişli çarxın üzərində əzik-cızıq izləri var. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilib. Sayğac istismara yararsızdır. İş materiallarında olan iddiaçı X2 yaşadığı ünvan 2 ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin mart ayı üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 9 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 yaşadığı Hacıqabul rayonu, st Nəvai ev 253-də yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat, iyirmi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-929/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-929/2023
12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver