Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-93/2024 19.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1209,60 manat borcun silinməsi və ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2154,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 16 saylı evdə yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, verilmiş bildirişlərə əsasən qazın dəyərini ödəyir. Belə ki, xx.xx.2018-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış 1702AZ**********32 saylı qaz sayğacının açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib ediblər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görüb və soruşduqda bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O da şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdı və həmin aktı o imza edib. Sonradan evlərinə gələn bildirişdən ona məlum olmuşdur ki, təbi qazdan istifadə qaydalarının pozulması barədə ******* və ******* saylı akt tərtib edilmiş və ona bu aktlar nəticəsində borc yazılmışdır. Onu da qeyd edir ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun yaşadığı evə quraşdırılmış sayğac ilk dəfə xx.xx.2018-ci il tarixdə dəyişdirilmişdir. Sayğac çıxarılan zaman hər hansı qüsuru olmamışdır. Sonradan onun abonent hesabına 2154,60 manat borc hesablandığını bilmişdir. 2020-ci ildə dəqiq xatırlamadığı tarixdə qaz idarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək baxış keçirmişlər və guya kənar xətt aşkar etmişlər. Həmin vaxt o evdə olmamışdır. Onun evinə kənar qaz xətti çəkilməmişdir. Evə quraşdırılmış qaz sayğacı nə qədər qaz hesablamışdırsa, həmin məbləği də vaxtı-vaxtında ödəmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş hər iki akt qanunsuzdur. Bu səbəbdən həmin aktların etibarsız hesab edilməsini və aktlar əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı adına qeydə alınmış İtron G4 markalı 1702AZ**********32 nömrəli qaz sayğacı yeni İtron, G4 markalı 1002AZ**********10 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi sayğacın sərfiyyatı qeyd etməməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1702AZ**********32 nömrəli sayğacın çıxış borusu deşilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1702AZ**********32 nömrəli sayğacın kənar xətt vasitəsilə istifadə edilib. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyası tərəfindən sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün QSQ maksimal saatlıq qaz sərfi 3.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük, iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası, üçün dəymiş ziyan hesablansın 0.6x24x90=1296m3, 1.2x24x90=2592m3, 3.2x24x90=6912m3, 0.6x24x90=1296m5 Cəmi: 12096 m3 dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. Tələbnamədə əsas kimi xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı adına olan yaşadığı Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 16 saylı ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonentin hesabına 2018-ci ilin may ayı üçün qalıq və aktlar üzrə 2154,60 manat, 2020-ci ilin mart ayı üçün qalıq və aktlar üzrə 1209,60 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi sərfiyyatı qeyd etməməsi olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 2154,60 manat borcu sayğacın yararsız olması, sayğacın sərfiyatı qeyd etməməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, iddiaçının abonent hesabına həmin akt əsasında hesablanmış 2154,60 manat borc silinməlidir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçının abonent hesabına 1209,60 manat borcu hesablanmış və aktda iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Qazdan istifadə qaydaları”nın tələblərinə əsasən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə, bu barədə akt tərtib edilməli, bu fakt texniki vasitələrlə (foto və ya videoçəkiliş) qeydə alınmalı, talanmış təbii qazın miqdarından asılı olaraq aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu mənada məhkəmə xx.xx.2024-cü il tarixli sorğu məktubu ilə Cavabdeh İB-nə müraciət edərək, İddiaçı yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması faktının aşkar edildiyi müvafiq aktı, həmin faktı təsdiq edən sübutları (foto və ya videoçəkilişi) qısa müddət ərzində məhkəməyə təqdim edilməsini, həmçinin qeyd olunan faktla bağlı İddiaçı barəsində “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq inzibati xəta və ya cinayət məsuliyyəti ilə bağlı tədbir görülübgörülməməsi barədə məhkəməyə məlumat verilməsini istəmişdir. Lakin, məhkəmənin sorğusuna Cavabdeh İB tərəfindən cavab verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə təbii qazdan kənar xətt vasitəsi ilə (qanunsuz qoşulma) istifadə edilməsi ilə bağlı mötəbər sübutlar (aktın surəti, foto və ya videoçəkiliş) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, eləcə də iddiaçının təbii qazın talanmasında təqsirli olması barədə səlahiyyətli orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsi müəyyən edilmədiyindən, cavabdehin tərtib edilmiş akt əsasında iddiaçının abonent hesabına borc hesablaması və həmin borcu tələb etməsi qanunsuzdur. Odur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt da etibarsız hesab edilməli və həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 1209,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar etibarsız hesab edilsin. İddiaçı yaşadığı Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 16 saylı ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2154,60 manat (iki min yüz əlli dörd manat, altmış qəpik) borc və xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1209,60 manat (min iki yüz doqquz manat, altmış qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-93/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-93/2024
19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver