Məhkəmə qərarları › İş №2(071)-967/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-967/2022

24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-967/2022 24.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən olunması və aliment tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən olunması və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun faktiki nikahdan doğulmuş oğlu - xx.xx.2006-cı il təvəllüdlü X3 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh onun əmisi oğludur və hazırda Rusiya Federasiyasının Stavropol şəhərində həbsdədir. O, Cavabdeh ilə xx.xx.2005-ci ildən faktiki nikaha girərək ər-arvad kimi birlikdə yaşamışdır. Faktiki ər-arvad münasibətindən onların xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki övladı var. Cavabdeh ərizəsi əsasında faktiki nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 atası olması qanunla müəyyən edilmiş qaydada təsdiqlənsə də, xx.xx.2006-cı il təvəllüdlü X3 atası olmasına dair şəhadətnamə almamışlar. Hazırda o, uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdehin yardımına və sosial müavinət almağa ehtiyacı var. Lakin uşaqlardan Emilin atalığı müəyyən edilmədiyinə görə o, sosial yardım ala bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Cavabdeh sonuncu yaşayış yeri üzrə ünvan 1 ünvana məhkəmə bildirişi göndərsə də, Cavabdeh orada yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh və İddiaçı əmi oğlu, əmi qızı olmaqla onun qaynlarının uşaqlarıdır. Onlar xx.xx.2005-ci ildən faktiki nikaha girərək ailə qurmuşlar. Cavabdeh və İddiaçı faktiki nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki övladı var. Cavabdeh hazırda Rusiya Federasiyasının Stavropol şəhərində həbsdədir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon qeydiyyat şöbəsinin verdiyi xx.xx.2006-cı il tarixli AZ-İ 824716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 xx.xx.2006-cı ildə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Hacıqabul rayon qeydiyyat şöbəsinin verdiyi xx.xx.2011-ci il tarixli AZ-İİ 699406 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 xx.xx.2011-ci ildə Hacıqabul şəhərində doğulmuşdur, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. xx.xx.2011-ci il tarixli AZ-İ 158832 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2011-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Hacıqabul şəhər İƏD-si üzrə nümayəndəsinin müavini Ə.Ə.İmanov və qonşular Piriyeva Ofelya, Cəfərova Xalidə, Qəhrəmanov Ramil və Paşayev Valeh tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli AKT-dan müəyyən edilir ki, Cavabdeh həqiqətən də, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 81-də yaşamışdır. RF Kakzan şəhəri Lenin rayonu Stavropol şəhəri X9 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 26/Uİİ/13-014 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Fotoşəkillərdən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı faktiki nikaha girərək ailə həyatı qurmuşlar. Tərəflərin arasında rəsmi nikah bağlanmamışdır. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, Cavabdeh ilə İddiaçı faktiki nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki övladı var. Cavabdeh İddiaçı ilə faktiki nikahından doğulmuş övladı xx.xx.2011-ci il təvəllüdlü X4 atası olması qanunla müəyyən edilmiş qaydada təsdiqlənsə də, xx.xx.2006-cı il təvəllüdlü X3 atası olması barədə atalığın müəyyən edilməsinə dair şəhadətnamə alınmamışdır. Cavabdeh İddiaçı xx.xx.2006-cı ildə doğulmuş X3 doğma atası olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etsə də, həmin vaxt cavabdehin iddiaçı ilə faktiki nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3 atası olması faktı müəyyən edilmədiyinə görə, məhkəmə xx.xx.2006-cı il təvəllüdlü X5 görə aliment tutulmasının əvvəlini qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablayır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xx.xx.2006-cı ildə doğulmuş X3 atası olması faktı müəyən edilməli, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 170 manat sabit pul məbləğində, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xx.xx.2006-cı ildə doğulmuş X3 atası olması faktı müəyən edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 doğum akt qeydində müvafiq düzəliş aparılması Hacıqabul rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 170 manat sabit pul məbləğində, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 170 manat sabit pul məbləğində olmaqla, cəmi 340 manat aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar