Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-981/2023 11.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, X4 Ənvəroviçin “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verdiyi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Koçiyev Qəhrəman Ənvəroviç xüsusi icraat qaydasında ərizə ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətçi kimi adı, soyadı və ata adı X1 göstərilən “Torpağa Mülkiyyət Hüququna dair” JN - 178, KOD 91004018 saylı dövlət aktının ərizəçi X2 (o cümlədən digər maraqlı şəxslər Maraqlı şəxs1 Seyfətiviç, Maraqlı şəxs2 Rəzzokovna, Maraqlı şəxs3, X5, Rəcəpova (Koçiyeva) Təhminə Ənvərovna və Maraqlı şəxs6) məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və maraqlı şəxslər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Koçiyev Qəhrəman Ənvəroviçin “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(071)-981/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-981/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver