Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-984/2024 04.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Şirvan RETS-i tərəfindən tərtib edilmiş 331555 saylı xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona "xxxx" ASC-nin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixində əsassız olaraq akt tərtib edilmiş və həmin akt əsasında 1039 manat cərimə hesablanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciət etmiş və yazılan cərimə əsassız olduğundan məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Cərimənin hansı əsasla hesablanması barəsində əsaslandırma yoxdur. Tərtib edilmiş aktı əsassız hesab edir və cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir və əsassız olaraq hesablanmış borc məbləğinin silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi X5 ifadəsində abonentin kənar xətdən istifadə etdiyini və kənar xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən video çəkiliş aparıldığını bildirdi. Bununla yanaşı abonent barəsində kənar xətdən istifadə ilə bağlı dəfələrlə akt tərtib olunduğunu, həmin aktlara əsasən hesablanmış cərimələrin ödədiyini, lakin hazırki aktla hesablanmış borcu ödənilmədiyini qeyd etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları R.Mehdiyev, A.Əliyev və S.İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 331555 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları R.Mehdiyev, A.Əliyev və S.İsgəndərov xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00120 nömrəli abunə kodu) Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttindən əlavə cihaz qoşmaqla sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də, abonent yaşayış evinə sayğacdan kənar elektrik xətti çəkərək qanunsuz şəkildə elektrik enerjisindən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İş materiallarından olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə” dair xx.xx.2024cü il tarixli aktdan görünür ki, elektrik hesabat sayğacının giriş xəttindən əlavə cihaz qoşularaq sayğacın dövriyyədən kənarlaşdırılması ilə əlaqədar naqilin en kəsiyi, cərəyanın gərginliyi, sutkanın 24 saatı və ilin 90 günü (3 ayı) nəzərə alınmaqla riyazı hesablama yolu ilə abonentə 1039 manat cərimə yazılmışdır. "xxxx" ASC-i tərəfindən abonentə cərimə yazılarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1 bəndinin tələbləri pozulmamış, tələblərə uyğun olaraq cərimə məbləği naqilin en kəsiyi, cərəyanın gərginliyi, sutkanın 24 saatı və ilin 12 ayından çox olmayan müddəti nəzərə alınmaqla hesablanmışdır. İş materiallarından olan vətəndaş X1 müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialı tərəfindən verilmiş 3-15- 2-6/2-Y-2793-5-600/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASCnin nümayəndələri tərəfindən yaşayış evinə baxış keçirilərkən dayaqda quraşdırılmış hesablaşma elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunması barədə xx.xx.2024-cü il tarixli R31555 saylı akt tərtib edilmiş, aktda istehlakçının imzadan etməsi barədə qeyd aparılmışdır. Akta əsasən 90 gün müddətinə kənar xətdən istifadə yükü 25 A götürülməklə 1039,08 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və hesablanmış məbləğ abonent dövriyyəsinə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğacdan elektrik xəttindən istifadə etdiyinə görə abonentin saldosuna 1039 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edilmiş, sayğacdan kənar elektrik enerjisindən istifadə edilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-984/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-984/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver